Yuxarı

ABŞ və Rusiya görüş üçün niyə İstanbulu seçdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və Rusiya görüş üçün niyə İstanbulu seçdi?

ABŞ və Rusiyanın növbəti görüş yeri kimi İstanbulu seçməsini iki kontekstdə dəyərləndirmək olar.

Birincisi, Ukrayna münaqişəsinin həllində, ümumilikdə geosiyasi müstəvidəki razılaşmalarında Türkiyə faktorunun nəzərə alınmasıdır.

Həm Vaşinqtonda, həm Moskvada anlayırlar ki, Türkiyənin prosesdən kənarda qalması əldə etmək istədikləri perspektivlərdə problemlər yarada bilər.

1. Ukraynanın Türkiyənin dəstəyi ilə ABŞ-Rusiya razılaşmasını qəbul etməmək imkanları genişlənər;

2. Ankaranın danışıqlar platforması kimi Vaşinqton, yaxud Moskva tərəfindən yox, məhz Kiyev tərəfindən irəli sürülməsi masada Ukraynanın mövqeyini gücləndirə bilər;

3. Geosiyasi müstəvidə mövqeyi nəzərə alınmayan Türkiyə NATO-da Avropa ilə birlikdə ABŞ-a ciddi müqavimət cəbhəsinin qurulmasına zəmin yarada bilər;

4. Qara dənizdən Yaxın Şərqə qədər uzanan coğrafiyada Türkiyəsiz ABŞ-Rusiya razılaşmalarının praktiki müstəvidə reallaşması çətindir.

İstanbulun danışıqlarda platforma kimi seçilməsi Ankaranın Vaşinqton-Moskva xəttindəki danışıqlar prosesinə daxil edilməsi, perspektiv addımlarda Türkiyənin dəstəyinin alınmasına hesablanıb.

İkincisi, Ukrayna danışıqlarında İstanbul razılaşmaları layihəsinin baza kimi qəbul edilməsidir.

Müharibənin ilk ilində baş tutan İstanbul danışıqlarında Rusiyanın şərtlərinin qəbul edilməsi ön planda idi. Daha sonra daim İstanbul razılaşmalarına istinad edən Kreml danışıqlar masasının Türkiyədə qurulmasında 2022-ci ildəki üstün mövqeyini təmin etmək baxımından maraqlıdır. Moskvanın mövqelərini nəzərə alan Vaşinqton da bunu qəbul edir. Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff də bildirib ki, 2022-ci ilin əvvəlində Rusiya və Ukraynanın bağlaya biləcəyi İstanbul razılaşmaları layihəsi Ukrayna münaqişəsinin nizamlanması üçün əsas kimi götürülə bilər.

Burada ən önəmli məqamlardan biri Ukrayna ilə bağlıdır: masanın İstanbulda qurulması Kiyevi Türkiyənin dəstəyi - ədalətli mövqeyinə görə danışıqlara gəlməyə sövq edə bilər.

Tarix
2025.02.26 / 16:09
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla