Yuxarı

Həsən Kür intihara cəhd etdi: vəziyyəti ağırdır - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həsən Kür intihara cəhd etdi: vəziyyəti ağırdır - Foto

2025.02.22 - 22:14

Gənc şair Həsən Kür intihara cəhd edib.

Axar.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonunda yerləşən "Sevinc Moll" ticarət mərkəzində qeydə alınıb.

O özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.

Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb, reanimasiyaya yerləşdirilib.

İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.

Faktla bağlı Sabunçu Prokurorluğunda araşdırma aparılır.

***

Gənc şair Həsən Kürün vəziyyəti ağırdır.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

"22.02.2025-ci il tarixində saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır", - məlumatda deyilib.

Tarix
2025.02.23 / 01:12
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla