Yuxarı

Milanda vəfat edən generalın oğlunun cənazəsi Bakıya gətirilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milanda vəfat edən generalın oğlunun cənazəsi Bakıya gətirilir

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini general-mayor Orxan Qasımovun oğlu Ayxan Qasımovun ölümünün təfərrüatı məlum olub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, mərhumun səhhətində anadangəlmə ciddi problemlər varmış.

A.Qasımov ciyərlərində olan xəstəlikdən əziyyət çəkirmiş.

Onun xəstəliyinin Azərbaycanda müalicəsi çətin olduğuna görə A.Qasımov əsasən xarici ölkələrdə müalicə alıb.

Ailəsi İtaliyanın Milan şəhərində xəstəliyi müalicə edəcək həkim tapıb. O, son illərdə həmin şəhərdə yaşayıb və orada müalicə alıb. A.Qasımov Milanda 21 yaşında dünyasını dəyişib. Ölüm səbəbi kimi ciyərlərinin partlaması göstərilib.

Mərhumun cənazəsi sabah Azərbaycana gətiriləcək və fevralın 28-də Bakının “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Yas mərasimi isə martın 1-də Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, A.Qasımov Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin keçmiş rəisi Arif Qaraşovun nəvəsidir.

Tarix
2025.02.26 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla