Yuxarı

3 geosiyasi güc yeni dünya nizamını bu prinsiplə quracaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 geosiyasi güc yeni dünya nizamını bu prinsiplə quracaq

ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə biz maliyyə kapitalının dünyanın müxtəlif cəmiyyətlərində necə dominant hala gəldiyini görürük. Bu şəraitdə biz qlobal supergüclərin yox, regional supergüclərin olacağı bir vəziyyətlə üzləşəcəyik. Buna sübut odur ki, Rusiya özünü Aİİ-də regional supergüc kimi görür və bu formatda öz maraqlarını irəli sürür.

Axar.az xəbər verir ki, bu sözləri erməni ekspert Vahe Davtyan yeni konfiqurasiyaların Cənubi Qafqaza təsiri haqda danışarkən deyib.

“Çin də eyni məntiqlə fəaliyyət göstərir. Yaxın gələcəkdə biz üç geosiyasi mərkəzin - Vaşinqton, Moskva və Pekinin - qlobal iqtisadiyyat və milli maraqlara, proteksionist iqtisadi siyasətlərə əsaslanacaq yeni geoiqtisadi dünya nizamı yaradacaq konfiqurasiyaları görəcəyik”, - o bildirib.

Onun sözlərinə görə, bir sıra Avropa ölkələrinin (o cümlədən Almaniya, İtaliya, Slovakiya) liberal sistemdən orta sağçı sistemə dönüş etdiyi müşahidə edilir:

“Cənub-Şərqi Asiyada da eyni proseslər gedir, sağçı ideologiyaların güclənməsinə və milli dövlətin formalaşmasına yönəlmiş bu dəyişikliklər nəticəsində dünya suverenlik, ərazi bütövlüyü və bir-birinin işinə qarışmamaq prinsipi ilə 17-ci əsrdə qurulan Vestfaliya sazişləri sisteminə qayıda bilər”.

Tarix
2025.03.06 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla