Yuxarı

Nazirin mühafizəçiləri həbs olundu – İrəvanda

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın 4 mühafizəçisi davaya görə həbs edilib.

Report xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, polis hadisəni gizlətməyə çalışsa da Ermənistan Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsi faktı rəsmi şəkildə təsdiqləyib.

Nazirin mühafizəçilərinə qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərbə vurmaq maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə ittham olunanlara 5 ildən 10 ilədək həbs cəzası verilir.

Xəbərdə bildirilib ki, nazir və onun ətrafı hadisəni ictimaiyyətdən gizli saxlamağa çalışır. Q.Beqlaryan isə jurnalistlərin telefon zənglərinə cavab verməyib.

İnformasiyaya əsasən, 2 ay yarım əvvəl nazirin mühafizəçiləri "Venesiya sarayı" restoran kompleksinin sahibinin bizneslə məşğul olan 25 yaşlı oğlu Sergey Abovyanı döyüblər. S.Abovyanın "Goodlife", "Gallery of Brands" kimi ölkəsində tanınmış bir neçə belə mağazası var. Bir-birinin avtomobilinə yol vermədiklərinə görə, nazirin mühafizəçiləri ilə biznesmen arasında yaranan mübahisə sonradan dava-dalaşa çevrilib. Restoran yiyiəsinin oğlu çoxsaylı bədən xəsarəti alsa da xəstəxanaya müraciət etməyib və hadisə ilk vaxtlar hüquq-mühafizə orqanlarında qeydə alınmamışdı.

Tarix
2016.05.25 / 10:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla