Yuxarı

Ukrayna Azərbaycana reysləri ucuzlaşdırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Beynəlxalq Hava Yolları (UIA) QSC Azərbaycana və Azərbaycandan olan aviareyslərə 30-50%-lik endirim elan edib.

Şirkətdən Report-a verilən məlumata görə, kampaniya ümumilikdə 32 ölkəyə həyata keçirilən uçuşları əhatə edir.

Kampaniyanın şərtlərinə görə, aviabiletlər mayın 25-dən iyunun 10-dək alınmalıdır, uçuşlar isə oktyabrın 3-dən dekabrın 15-dək həyata keçirilməlidir.

Qeyd edək ki, siyahıda Azərbaycan, Avstriya, Belçika, Belarus, Çin, Kipr, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Ermənistan, Finlandiya, Fransa, İsrail, İtaliya, İran, İordaniya, Latviya, Litva, Qazaxıstan, Moldova, Niderland, Polşa, İspaniya, Şri-Lanka, İsveç, İsveçrə, Tayland, Türkiyə, Böyük Britaniya, Ukrayna, ABŞ-ın adı yer alıb.

Bundan əlavə, UIA Əmman, Almatı, Amsterdam, Ankara, Astana, Aktau, Afina, Bakı, Banqkok, Barselona, Pekin, Berlin, Brüssel, Kişinyov, Kolombo, Düsseldorf, Cenevrə, Helsinki, İstanbul, Kutaisi, Larnaka, London, Madrid, Milan, Minsk, Munxen, Nyu-York, Palanqa, Paris, Praqa, Riqa, Roma, Stokholm, Tbilisi, Tehran, Tel-Əviv, Vyana, Vilnüs, Venesiya, Varşava, Yerevan, Sürix şəhərlərinə ediləcək uçuşlara da 50% endirim elan edib.

Endirimlər ancaq "Economy class" (J, N, Q kateqoriyaları) və "Business class" (Z kateqoriyası) siniflərinə aiddir.

UIA aviaşirkəti Təl-Əviv (İsrail) üçün uçiuşların tarixini noyabrın 1-dən dekabrın 15-dək, Pekin (Çin) üçün isə oktyabrın 10-dan dekabrın 15-dək müəyyən edib.

Tarix
2016.05.25 / 18:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla