Yuxarı

Əliyev: Hətta Rusiya-Ukrayna münaqişəsi dayansa belə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev: Hətta Rusiya-Ukrayna münaqişəsi dayansa belə...

Azərbaycan Prezidenti İlham Əliyev qlobal sabitliyin əldə oluna bilməsi məsələsində nikbin olmadığını bəyan edib.

Axar.az xəbər verir ki, “Avronyus” telekanalına müsahibəsində İlham Əliyev realist olmağa üstünlük verdiyini deyib:

“Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur”.

O xatırladıb ki, otuz il ərzində Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi:

“Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdu. Lakin bu, müharibənin sona çatması demək deyildi. Sadəcə transformasiya baş vermişdi, müharibə yalnız sülh sazişi imzalananda bitir.

Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq”.

Onun sözlərinə görə, eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar:

“Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”.

Tarix
2025.03.14 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla