Yuxarı

Bu, Əliyev və Paşinyan üçün böyük nailiyyət olacaq - Berset

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Əliyev və Paşinyan üçün böyük nailiyyət olacaq - Berset

Avropa Şurasının Baş katibi Alen Berset Azərbaycan və Ermənistanın sülh sazişi layihəsi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayıb.

Axar.az xəbər verir ki, A.Berset 2001-ci ildə Avropa Şurasına üzv olanda hər iki ölkənin dinc əməkdaşlıq istiqamətində işləmək öhdəliyi götürdüyünü xatırladıb.

“Bu saziş layihəsi hər iki üzv dövlətin bu potensialı reallaşdırmaq və regionda sabit və davamlı sülh yaratmaq iradəsinin sübutudur. Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, mehriban qonşuluq münasibətləri ruhunda və hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə bu tempi saxlamaq və bu prosesin problemsiz başa çatmasını təmin etmək indi çox vacibdir.

Avropa Şurası Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tam dəstək verir və hər iki üzv dövlətə, xüsusən də insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə tam hörmətin təmin edilməsi məqsədilə öz dəstəyini və yardımını davam etdirəcək”, - deyə o bildirib.

Bundan əlavə, avropalı rəsmi Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasının Əliyev və Paşinyan üçün böyük nailiyyət olacağını yazıb.

Tarix
2025.03.14 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

Dron hücumunda yaralanan azərbaycanlı danışdı - Video

Milli Məclisdən CNN-ə: Sübut təqdim et!

Davkovadan Əliyevə: Qəti şəkildə inanıram...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla