Yuxarı

Zelenskidən Putin-Tramp danışığına: Hələ işə yaramır...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskidən Putin-Tramp danışığına: Hələ işə yaramır...

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Ona görə də ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır.

Axar.az xəbər verir ki, bunu çərşənbə axşamı brifinqdə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Düşünürəm ki, ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var. Yəni, bu, prinsipcə, baş verənlərə cavabdır. Bildiyimə görə, ruslar Prezident Trampla söhbəti zamanı dərhal enerji infrastrukturuna hücumların dayandırılması əmrini verdilər", - Zelenski bildirib.

Onun fikrincə, Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında, Ciddədə apardığı danışıqlarda yaxşı nəticələr əldə olunub, xüsusən də ABŞ tərəfindən tam atəşkəs təklifi irəli sürülüb. Baxmayaraq ki, Ukraynanın təklifi enerji obyektlərinə silsilə zərbələrin dayandırılması ilə bağlı idi:

"İndi qaldırılan yeganə sual enerji sektoruna zərbə vurmamaqdır. Hələlik əlavə məlumatım yoxdur. Düşünürəm ki, rusların amerikalılara nə təklif etdiyini və ya amerikalıların ruslara nə təklif etdiyini təfərrüatını bilsək, düzgün olardı".

O vurğulayıb ki, Amerika tərəfi Ukrayna ilə razılaşmalara hörmətlə yanaşaraq, Ciddədə Ukrayna ilə müzakirə olunan təklifləri irəli sürüb.

Qeyd edək ki, ötən gün Putin və Tramp arasında telefon danışığı baş tutub.

Tarix
2025.03.19 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla