Yuxarı

Starmer Britaniyanın Ukrayna ilə bağlı planını açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Starmer Britaniyanın Ukrayna ilə bağlı planını açıqladı

Böyük Britaniya münaqişənin həllindən sonra sülh razılaşmasının yerinə yetirilməsini təmin etmək üçün Ukraynada quru, dəniz və hava əməliyyatları planlarını hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keyr Starmer bəyan edib.

“Biz siyasi niyyətləri reallığa, konsepsiyanı plana çeviririk – istər sudakı, istər havadakı, istərsə də qurudakı hadisələrlə bağlı. Bu planlar hazırlanır. Mən bəzi qərargah üzvləri ilə görüşdüm ki, detallar üzərində işləyək", - Starmer bildirib.

Onun sözlərinə görə, Rusiya gələcək razılaşmaları poza bilər, buna görə də Qərb ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləməlidirlər:

"Ümid edirik ki, razılaşma əldə olunacaq. Amma bilirəm ki, indi planlaşdırılmanın vaxtıdır. Bu işi razılaşma əldə edildikdən sonra deyil, elə indi görmək lazımdır. Mən çox yaxşı başa düşürəm ki, razılaşma mərhələli ola bilər və buna görə də müxtəlif variantlar planlaşdırılmalıdır. Amma bu işin nə qədər çox hissəsini indi görsək, bir o qədər yaxşı olar”.

Qeyd edək ki, cümə axşamı Londonda koalisiya ölkələrinin hərbi rəhbərlərinin görüşü keçirilib və Ukraynaya qoşun göndərilməsinin əməliyyat detalları müzakirə olunub.

Tarix
2025.03.21 / 00:43
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla