Yuxarı

Ərdoğan millinin futbolçularını belə təbrik etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan millinin futbolçularını belə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, A Milli Futbol Komandasının UEFA Millətlər Liqası Play-Off mərhələsinin cavab oyununda Macarıstanı səfərdə 3:0 hesabı ilə məğlub edərək ilk dəfə UEFA Millətlər A Liqasında oynamaq hüququ qazanmasından sonra futbolçuları telefonla təbrik edib.

Axar.az xəbər verir ki, Prezident Ərdoğan milli komandanın baş məşqçisi Vinçenzo Montella və futbolçuları tarixi qələbə və 90 dəqiqə boyunca göstərdikləri üstün performansa görə təbrik edib. O, UEFA Millətlər A Liqası və 2026 FIFA Dünya Kuboku seçmə mərhələsi üçün komandaya uğurlar arzulayıb. Ay-ulduzlular da göstərilən dəstəyə görə Prezident Ərdoğana təşəkkür ediblər.

Bundan əlavə, Türkiyə gənclər və idman naziri Osman Aşkın Bak və Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Əthəm Hacıosmanoğlu da qarşılaşmadan sonra komandanın paltardəyişmə otağına gedərək futbolçular və texniki heyətlə görüşüb, onları təbrik edərək gələcək oyunlarda uğurlar arzulayıblar.

Tarix
2025.03.24 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla