Yuxarı

ABŞ 50-dən çox Çin şirkətinə sanksiya tətbiq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ 50-dən çox Çin şirkətinə sanksiya tətbiq etdi

ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu sanksiya siyahısına 80 təşkilat əlavə edib və bunların 50-dən çoxu Çin şirkətidir.

Axar.az xəbər verir ki, bu barədə büronun məlumatında bildirilib.

Siyahıda qeyd olunan şirkətlərə ixrac məhdudiyyətləri tətbiq olunur. Xüsusilə ABŞ şirkətlərinə siyahıya daxil edilmiş təşkilatlara ölkə hökumətinin razılığı olmadan mal və texnologiyalar təchiz etmək qadağası qoyulub.

"Biz rəqiblərimizin ABŞ texnologiyalarından öz ordularını gücləndirmək və amerikalıların həyatını təhdid etmək üçün istifadə etməsinə imkan verməyəcəyik", - ABŞ ticarət naziri Hovard Latnik bildirib.

Ticarət Nazirliyinin qeyd etdiyi kimi, Çin şirkətlərinin bir çoxu daha sonra ölkənin hərbi məqsədlərlə istifadə edəcəyi süni intellekt, superkompüterlər və yüksək texnoloji çiplərin hazırlanmasında ehtimal edilən iştiraka görə qara siyahıya salınıb. İki şirkət “Huavey”ə qarşı sanksiyaları pozduğuna görə siyahıya daxil edilib.

Sanksiya siyahısına Tayvan, İran, Pakistan, Cənubi Afrika və BƏƏ şirkətləri də əlavə olunub.

Tarix
2025.03.26 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla