Yuxarı

Netanyahudan tələb edildi: İran bədəl ödəməlidir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahudan tələb edildi: İran bədəl ödəməlidir!

İsrailin keçmiş baş naziri Naftali Bennett və müxalif Milli Birlik lideri Benni Qantz husilərin Təl-Əvivə zərbələrinə görə Tehranın bədəl ödəməsini hakimiyyətdən tələb ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

"İranın terror qruplaşması olan husilər İsrailə atəş açdıqda İsrail Tehrana cavab verməlidir. Husiləri maliyyələşdirən, silahlandıran, öyrədən və onlara nəzarət edən İrandır. İranın itirəcəyi çox şey var, husilərin isə daha azdır. Buna görə də İsrail İranın cavab verməsini tələb etməlidir. Bu, İranın yəhudi dövlətinə atəş açmamalı olduğunu başa düşməsinin yeganə yoludur", - Bennett sosial mediada yazıb.

Qantz da oxşar mesaj verərək, qeyd edib: "Yəmənin həlli İrandadır. Biz husilərə cavab verməklə kifayətlənməməliyik”.

Xatırladaq ki, husilər Təl-Əvivin Ben Qurion hava limanına ötən gün “Zülfüqar” ballistik raketilə zərbə endirib.

Tarix
2025.03.31 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla