Yuxarı

ABŞ Taliban və İŞİD arasında niyə fərq qoyur?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın dünyada ən təhlükəli terror təşkilatlarından hesab olunan Taliban və İŞİD-ə qarşı olan mövqeyi maraqla izlənir. ABŞ 13 ildir Taliban terrorçularına qarşı apardığı əməliyyatları dayandırmaq bilmir. Ötən həftə ABŞ pilotsuz təyyarələrinin həyata keçirdiyi hava zərbələri nəticəsində Taliban lideri Molla Mansur öldürüldü.

Amma İŞİD cəbhəsində Amerikanın mövqeyi baxımından "nisbi sakitlik" hökm sürür. Xırda döyüşləri nəzərə almadan. Görünən odur ki, Amerika dövlət maraqları naminə bu terror təşkilatına ikili mövqe sərgiləyir. Üzdə İŞİD-in dünya üçün təhlükəli olduğunu qeyd edən rəsmi Vaşinqton arxada bunun əksini edir. Ekspertlərə görə, İŞİD probleminin nəinki aradan qalxmaması, hətta günbəgün artması buna əyani sübutdur. Əksər təhlilçilər Rusiyanın bu proseslərdə iştirakına Amerikanın qətiyyətsiz mövqe sərgiləməsinin səbəb olduğunu düşünürlər...

Politoloq Qabil Hüseynli hesab edir ki, İŞİD-in fəaliyyət göstərdiyi bölgədə siyasi vəziyyət daha gərgindir: "Əfqanıstanda bir Taliban varsa, yerli hakimiyyət də birmənalı şəkildə ABŞ-ı dəstəkləyirsə, orada terror təşkilatına qarşı hərbi əməliyyatlar aparmaq asandır. Üstəlik, Pakistan da bu prosesə hərtərəfli yardım göstərir. Amma İŞİD-in fəaliyyət göstərdiyi ərazilərdə vəziyyət tamam başqadır. Burada Suriya hakim dairələrinin İŞİD-lə əlaqələrinin olması barədə ciddi məlumatlar var. İŞİD-i Moldova, Suriyanı isə Rusiya dəstəkləyir. Çox qəribə olsa da, Rusiyanın işə qarışmasından sonra Suriyanın mərkəzi dairələrinin təsiri bir sıra vilayətlərdə gücləndi. Məlum oldu ki, Rusiya ordusu İŞİD-ə qarşı mübarizə adı altında Suriya hökumətini müdafiə edir. Əvvəlcədən ABŞ İŞİD-ə qarşı vahid koalisiya yaradılmasını təklif etsə də, Rusiya qəbul etmədi. Amma indi Rusiya Amerikaya təklif edir ki, İŞİD-ə qarşı birlikdə mübarizə aparaq. ABŞ artıq Rusiyaya inanmır. Amerika Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə yaradılan "Müsəlman İttifaqı"nın nə köməyindən istifadə edir, nə də bundan imtina edir. Çünki Ərəbistanın İŞİD-ə kömək etməsi barədə fikirlər var. Doğrudur, ittifaqda Türkiyə də var. Amma bununla yanaşı, Yaxın Şərqdə Ərəbistan hökumətinin hegemonluğuna bu ittifaqın göz yuma biləcəyini Amerika təxmin edir. Amma əl altından İŞİD-ə qarşı mübarizə aparmaq üçün Türkiyə ilə danışıqlar aparılır. Mövlud Çavuşoğlu yaxınlarda bu barədə açıqlama verərək, İraq ordusunun da onlara kömək edəcəyini qeyd etdi. Hazırda İraq ordusu İŞİD-i sıxışdırmaqla məşğuldur. Əgər ABŞ-Türkiyə birliyi baş tutsa, müsbət nəticələrinin olacağını indidən söyləmək olar. Amma nəzərə alaq ki, Rusiya bu birliyin əleyhinədir və türk ordusunun İŞİD olan ərazilərdə əməliyyatlar aparmasına qarşıdır".

Politoloq bu proseslərdə Rusiyanın çıxılmaz vəziyyətə düşdüyünü də qeyd etdi: "Amerika ilə Türkiyə arasında İŞİD-ə qarşı birgə əməliyyat planı baş tuta bilər. Bu istiqamətdə işlər aparılır. Bu birliyə İsrailin də dəstək verməsi mümkündür. İraq onsuz da bu mübarizənin içərisindədir. Amerika yalnız Səudiyyə hökumətini bu proseslərdən kənarda tutmağa çalışır. Burada kifayət qədər haqqı var. Çünki ciddi məlumatlar əlində var. Amerika boş dayanmayıb. İŞİD-ə qarşı mübarizə aparan İraq ordusuna əl altından kömək edir. Türkiyə ordusu isə hazır vəziyyətdədir. Bir sözlə, ABŞ Rusiya və Ərəbistan olmadan bölgənin taleyini həll etmək niyyətindədir. Bu istiqamətdə də ciddi işlər aparılır".

Musavat.com

Tarix
2016.06.02 / 09:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla