Yuxarı

İstanbulda Rusiya-ABŞ görüşü: Nələr müzakirə edildi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda Rusiya-ABŞ görüşü: Nələr müzakirə edildi?

11:17

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin ikinci raundu başlayıb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edir.

***

İstanbulda Rusiya-ABŞ arasında səfirliklərin işinin normallaşdırılması ilə bağlı məsləhətləşmələr başa çatıb.

Məlumata görə, görüş 5,5 saat davam edib.

Görüş mətbuata açıqlama verilmədən yekunlaşıb.

Qeyd edək ki, Rusiya və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin ilk raundu da fevralın 27-də İstanbulda keçirilmişdi.

***

Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdə narahatlıq doğuran amilləri aradan qaldırmaq üçün yeni görüşün təşkili planlarını müzakirə ediblər.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin İstanbulda Rusiya-Amerika məsləhətləşmələrinin yekunlarına dair məlumatında deyilir.

“İstanbulda nümayəndə heyətlərinə başçılıq edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter və Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev zərurət yaranarsa, yaxın gələcəkdə bu məsələlərlə bağlı yeni görüşün keçirilməsi imkanını müzakirə ediblər. Onun keçirilmə tarixi və yeri, həmçinin iştirakçıların tərkibi daha sonra müəyyən ediləcək. Məsləhətləşmələrin hazırkı raundu nümayiş etdirdi ki, tərəflər konstruktiv yanaşmanı davam etdirirlər”, - deyə bildirilib.

Dövlət Departamenti əlavə edib ki, nümayəndə heyətləri diplomatik nümayəndəliklərin işi üçün bank xidmətlərinin göstərilməsi imkanlarını da müzakirə ediblər.

Tarix
2025.04.10 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla