Yuxarı

ABŞ-Rusiya danışıqları: Əsas hədəf İrandır - Qaleotti

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-Rusiya danışıqları: Əsas hədəf İrandır - Qaleotti

Vaşinqtonun Moskva ilə Ukrayna üzrə apardığı danışıqlarda əsas maraqları geosiyasi xarakter daşıya bilər. Bu isə İranı təbii ki, narahat edir.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” qəzetində politoloq Mark Qaleotti adı açıqlanmayan ABŞ milli təhlükəsizlik rəsmisinə istinadla yazıb.

Qaleottinin sözlərinə görə, əgər Moskva İran və ya Şimali Koreya ilə yaxın münasibətlərini qurban verməyə hazırdırsa, bu, Rusiyanın geosiyasi istiqamətini dəyişməyə hazır olduğuna işarə edir:

“Əgər Rusiya Tehrandan uzaqlaşmaq qərarına gəlsə və xüsusilə də İranın nüvə proqramı haqqında bildiyi məlumatları ABŞ-a ötürsə, bu, çox böyük bir razılaşma olar - hətta Ukraynanın təbii sərvətlərindən də daha əhəmiyyətli”.

Qaleotti həmçinin bildirib ki, Moskva və Vaşinqton arasında danışıqlar prosesinin zaman baxımından kritik mərhələyə gəlib çatdığı qəbul edilir:

“Hazırda hər iki tərəf “kim ilk addımı atacaq?” sualı ətrafında gözləmə mövqeyindədir”.

Tarix
2025.04.20 / 09:30
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Bu qərar ölkəmizin daxili məsələsidir – Partiyadan bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla