Yuxarı

Qərbin Osmanlı torpaqlarında erməni üsyanları - Plan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərbin Osmanlı torpaqlarında erməni üsyanları - Plan

Fransa dövlət arxivlərində Osmanlı imperiyasının müxtəlif bölgələrində baş verən erməni üsyanlarının Antanta ölkələrinin sövdələşməsi və dəstəyinin nəticəsi olduğunu sübut edən çoxsaylı sənədlər var. Məqsəd Osmanlı dövlətini parçalamaq idi ki, bu da dövlət təhlükəsizliyi məqsədilə ermənilərin köçürülməsi qərarının əsaslı olduğunu təsdiqləyir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti bazar günü dərc etdiyi “Fransa arxivlərində tarixi həqiqətlər” sərlövhəli məqaləsində bildirib.

Nəşr qondarma “1915-ci il soyqırımı” ilə bağlı iddiaların əsassız olduğunu vurğulayaraq, bu faktın 1915-1920-ci illərdə Fransa Xarici İşlər Nazirliyinin diplomatik depeşalarında da öz əksini tapdığını vurğulayır.

Qəzet buna misal olaraq 1915-ci il sentyabrın 29-da Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Teofil Delkasın Fransanın Londondakı səfiri Pol Kambona teleqrafla göndərdiyi şifrəli məktubun mətnini göstərir. Altı səhifədən ibarət olan sənəddə Osmanlı imperiyası torpaqlarında erməni üsyanları da daxil olmaqla, təxribatçı hərəkətlərin müfəssəl planı var.

Planı həyata keçirmək üçün fransızlar Kipr və Suriyada logistika bazaları yaratmağı, həmçinin 50 minlik erməni ordusuna təlim keçməyi planlaşdırırdılar.

Çukurova (Kilikiya) bölgəsi erməni üsyanının əsas mərkəzlərindən biri hesab olunurdu. Planda strateji əhəmiyyətə malik olan Adana, Mersin və İsgəndərun bölgələrini ələ keçirmək, dəmir yolunda Osmanlı ordusunun resurslarını sarsıdacaq təxribat hərəkətləri təşkil etmək nəzərdə tutulurdu.

Fransalı nazir məktubunda Osmanlı dövlətinin parçalanması layihəsini “Fransanın milli idealı” adlandırıb, həmçinin Londondakı səfiri Britaniya hakimiyyətinin açıq dəstəyini almağa çağırıb.

“Ermənilərin Cənubi Anadolunun dinc əhalisinə qarşı vəhşilikləri o həddə çatmışdı ki, fransız birliklərinin komandiri general Anri Quro 1920-ci il 25 noyabr tarixli məktublarının birində açıq şəkildə yazırdı: “Ermənilər onlara verilən silahlardan istifadə edərək kəndləri qarət edir, yandırır, dinc müsəlmanları öldürürlər”, - nəşr bildirib.

Fransız general vurğulayır ki, ermənilər türkləri ittiham etdikləri cinayətləri özləri törədirlər.

Anri Quro ermənilərin nəzarətdən çıxdığını göstərir və 1920-ci il avqustun 4-də “Kilikiya Ermənistan Respublikası”nın yaradıldığını bildirir. Buna cavab olaraq, fransızlar erməni qoşunlarını tərk-silah etməyə və bölgədən çıxarmağa başlayıb.

Tarix
2025.04.20 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla