Yuxarı

İran zəif vəziyyətdədir, istifadə etmək lazımdır - Saar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran zəif vəziyyətdədir, istifadə etmək lazımdır - Saar

İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almağa can atır. Lakin problemi diplomatiya yolu ilə həll etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

O, həmçinin İsrailin may ayında İrana hücum etməyi planlaşdırdığı barədə xəbərləri təkzib edib:

"Mən Təhlükəsizlik Kabinetinin və bütün qapalı forumların üzvüyəm. Belə bir qərarı xatırlamıram. Belə qərarın verildiyini düşünmürəm. Amma İsrail İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq məqsədinə sadiqdir. Bu məqsədə diplomatik yolla nail olmaq olarsa, bu, qəbul edilir".

Siyasətçi həmçinin vurğulayıb ki, İsrail hakimiyyəti İrandakı nüvə silahı ilə bağlı ABŞ və Avropa ilə əlaqə saxlayır:

"İran öz beynəlxalq öhdəliklərinə həmişə qeyri-ciddi yanaşıb. İstisna etmirəm ki, onlar nüvə silahı ilə bağlı lazımi həllə nail olmaqdan yayınmaq üçün bəzi qismən razılaşmalar əldə etməyə çalışacaqlar. İran zəif vəziyyətdədir və məqsədə çatmaq üçün bundan istifadə etmək lazımdır".

Tarix
2025.04.20 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

Rusiyadan türk ölkəsinə qarşı isterika: hansı haqla “hədələyir”?

İlham Əliyev Qətər əmirini təbrik etdi

Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi

Əli Kərimlidən yeni xəbər

Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla