Yuxarı

40 il əvvəl tərk edilən Çernobıla dönüş başlayır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çernobıl faciəsindən az qala 40 il sonra, radiasiya ilə assosiasiya olunan Şimali Ukraynadakı torpaqlar yenidən kənd təsərrüfatı üçün qiymətləndirilir.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, elmi məlumatlar əsasında aparılan bu araşdırma fəlakətdən sonra tərk edilmiş ərazilərin gələcəyini yenidən formalaşdıra bilər.

1986-cı ildə partlayan AES-in atmosferə yaydığı radioaktiv hissəciklər uzun müddət torpağı, su mənbələrini və bitki örtüyünü çirkləndirmişdi. Bu maddələrin bir hissəsi tez parçalanarkən, yarımparçalanma müddəti təxminən 30 il olan sezyum-137 kimi bəzi izotoplar onilliklərlə torpaqda qalıb və stronsium-90 kimi digər maddələr isə bitkilər tərəfindən asanlıqla mənimsənərək ekosistemdə varlığını davam etdirmişdi.

Fəlakətdən dərhal sonra Sovet rəsmiləri stansiya ətrafında 4.200 kvadratkilometrlik "Qadağan olunmuş zona" elan edərək əhalini radiasiyadan qorumağı hədəfləmişdi. Bu ərazi günümüzdə də insan məskunlaşmasından uzaq, vəhşi təbiətin yavaş-yavaş geri döndüyü bir ekosistem kimi mövcudluğunu qoruyur. Həmçinin bu zonadan kənarda yerləşən və "Məcburi Yenidən Məskunlaşdırma Bölgəsi" adlandırılan 2.000 kvadratkilometrlik ikinci bir bölgə də var. Burada bir neçə min nəfər yaşasa da, kənd təsərrüfatı fəaliyyətləri radiasiya narahatlıqları səbəbindən məhduddur.

Son illərdə Böyük Britaniya və Ukraynadan olan alimlər Çernobıl ətrafındakı tərk edilmiş əraziləri yenidən dəyərləndirmək üçün genişmiqyaslı tədqiqat aparıblar. Torpaq nümunələri üzərində aparılan analizlər və qamma radiasiyası ölçmələri, kənd təsərrüfatı işçilərinin məruz qalacağı radiasiya səviyyəsinin həm Ukraynanın təhlükəsizlik həddindən, həm də qlobal təbii fon radiasiyasından xeyli aşağı olduğunu göstərib. Əksər hallarda sezyum-137 səviyyələri gündəlik məhsulların təhlükəsiz şəkildə yetişdirilməsi üçün yetərincə aşağı olub.

Bu elmi nəticələri praktikaya keçirmək məqsədilə Jitomir bölgəsində 100 hektarlıq pilot əkin sahəsi yaradılıb. Sınaq mərhələsində torpaqdakı radioaktiv qalıq miqdarının ölçülməsi ilə yanaşı, kartof, buğda, qarğıdalı və günəbaxan kimi əsas məhsulların bu maddələri nə dərəcədə mənimsədiyi də müəyyən ediləcək. Əldə olunan məlumatlara əsaslanaraq tədqiqatçılar "Məcburi Yenidən Məskunlaşdırma Bölgəsi"ndə diqqətli planlama ilə 20.000 hektara qədər ərazidə nəzarətli kənd təsərrüfatı fəaliyyətlərinin mümkün ola biləcəyini açıqlayıblar.

Digər tərəfdən, lobya, noxud və mərcimək kimi radioaktiv maddələri torpaqdan daha çox mənimsəmə meyli olan paxlalıların yetişdirilməsinə icazə verilməməli olduğu qeyd olunub. 1990-cı illərdə aparılan ilk sınaqlardan bu yana bəzi fermerlər Çernobılın təsiri altında olan ərazilərin məhsuldarlığını araşdırıb və riskli bölgələrdə belə əkin etməyə davam ediblər.

Tədqiqat qrupundakı bəzi mütəxəssislər, həmin bölgədə ATOMIK adlı layihə çərçivəsində radiasiyadan təmizlənmiş su və məhsullardan araq istehsal edərək bu içkinin təhlükəsizliyini və dad keyfiyyətini də yoxlayıblar. Təhlükəsizlik hesabatları və dad analizləri bu içkinin xüsusilə martini qarışıqlarında uğurlu nəticələr verdiyini göstərib.

Tarix
2025.05.04 / 10:22
Müəllif
Axar.az
Digər xəbərlər

İranın yanında kim dayanıb? – Real mənzərə şok edir

Prezident BP şirkətinin baş icraçı direktorunu qəbul etdi

Kanada Azərbaycana təşəkkür etdi

İranı vururlar, əvəzində Rusiya pul qazanır - Arkov

Bakı ilə Ankaranın müqavimət gücünü artırması... - Gülər

Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü

Dövlət qulluqçularının reyestri qaydası ilə bağlı dəyişiklik

Bakının axtardığı milyarderi Ermənistan saxladı

Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?

Solovyov növbəti dəfə hörmətsizlik etdi - Bakıdan cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla