Yuxarı

Dünyanı idarə edənlərin gizli toplantısı başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanı idarə edənlərin gizli toplantısı başladı

Dünəndən etibarən Drezden şəhərində dünyanın ən müəmmalı təşkilatlarından biri olan Bilderberq klubunun görüşü başlayıb.

Axar.az xəbər verir ki, bu il konfransda 20 ölkədən 130 nəfər iştirak edir. Görüşə daha çox ABŞ-dan nümayəndələr çağırılıb.

Tədbirdə Almaniyanı Maliyyə naziri Volfanq Şoyble, Müdafiə naziri Ursula fon der Leyen və Daxili İşlər naziri Tomas de Mezyer təmsil edir. Üstəlik, Almaniyanın "Doyçe Bank" və "Siemens" şirkətlərinin rəhbərləri də tədbirə qatılacaq.

Görüşdə həmçinin Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard, Türkiyə Baş nazirinin müavini Məhməd Şimşək də iştirak edəcək.

Bilderberq klubunun görüşündən Almaniya kansleri Angela Merkel, Xarici İşlər naziri Frank Valter Ştaynmayer və İqtisadiyyat naziri Ziqmar Qabriel imtina edib. Görüşə Rusiyadan da heç kim qatılmayıb.

Klubun builki əsas müzakirə mövzuları Çin, Avropa Birliyindəki miqrasiya böhranı, Yaxın Şərqdəki hadisələr, Rusiya, ABŞ-da seçkilər, enerji qiymətləri və kibertəhlükəsizlikdir.

Qeyd edək ki, Bilderberq klubu 1954-cü ildə yaradılıb. Klubun ötənilki görüşü Avstriyada keçirilib. İndiyə qədər klubla bağlı heç bir səhih informasiya yoxdur. Klubun adı ingilis əks-kəşfiyyat qurumu olan Mi6-nın keçmiş zabiti, ingilis yazar Con Kolemanın "300-lər komitəsi" adlı kitabında dünyanı idarə edən gizli təşkilatlardan biri kimi çəkilir.

Tarix
2016.06.10 / 10:22
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla