Yuxarı

İran turizmdə də Ermənistanla əməkdaşlığı genişləndirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran turizmdə də Ermənistanla əməkdaşlığı genişləndirir

20-21 fevral tarixində İrəvanda Ermənistan və İran arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan növbəti sessiya keçirilib.

"Axar.az"ın erməni mediasına istinadən verdiyi məlumata görə, tədbirdə əsasən əməkdaşlığın texniki məsələləri və təsdiq olunmuş ilkin layihələrin həyata keçirilməsi müzakirə olunub.

İki ölkənin müvafiq qurumlarının iştirak etdiyi toplantıda Ermənistan iqtisadiyyat və turizm naziri Mekxak Apresyan bildirib ki, 2013-cü ildə İrandan Ermənistana 110 min, əks isttiqamətdə isə 5400 turist səfər edib.

İlk dəfə bu tip tədbirə qatıldığını bildirən İran İrsinin Təşkili təşkilatının marketinq şöbəsinin müdiri Seyid Məhəmməd Kazım Xalidi vurğulayıb ki, Ermənistanda özünü öz evindəki kimi hiss edir. İranda erməni icmasının əsrlərlə yaşadığını açıqlayan Xalidi əlavə edib ki, hələ bir müddət öncə imzalanan müştərək layihələrin yeni və çevik forma alması üçün müxtəlif proqramlara hazırlaşırlar.

Xatırladaq ki, bu yöndə tərəflərin ilk texniki sessiyası 2010-cu ildə Tehranda düzənlənib.

Tarix
2014.02.22 / 15:42
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla