Yuxarı

Rusiya SSRİ-ni “dirildir”: Prosesə start verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya SSRİ-ni “dirildir”: Prosesə start verildi

SSRİ-nin dağılması qanunsuz idi, onun hüquqi statusu nəzərə alınmalıdır və deputatlar bu məsələni qaldırmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Nina Ostanina deyib.

Ostaninanın sözlərinə görə, 1991-ci ildə keçirilən referendumda vətəndaşların əksəriyyəti SSRİ-nin saxlanmasına səs verib:

“Yəni həm hüquqi, həm siyasi, həm də insani nöqteyi-nəzərdən, mahiyyət etibarı ilə Sovet İttifaqının sonu qeyri-qanuni idi, çünki heç kim Şuşkeviçə, Yeltsinə, Kravçuka qondarma Belovejsk müqaviləsini imzalamaq səlahiyyətini verməmişdi. Və bu günə qədər bu, hüquqi cəhətdən mübahisəli bir sənəddir. Rusiya bu gün də istintaq təşkil etməlidir. Prezidentin müşaviri bu mövqeyi ifadə edibsə, o zaman bu, bizdən asılı olmayacaq. Biz isə siyasi qərar verməyə hazırıq, bu barədə Dövlət Dumasında danışacağıq”, - o bildirib.

Qeyd edək ki, ötən gün Rusiya prezidentinin müşaviri Anton Kobyakov Sovet İttifaqının dağılması zamanı hüquqi prosedurun pozulduğunu və bunun SSRİ-nin guya “hələ də var olması” anlamına gəldiyini bildirmişdi.

Tarix
2025.05.22 / 16:15
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Forumda sənədlər mübadilə edildi - Foto

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

Prezident bərpaolunan enerjidən danışdı: Növbəti 5 ildə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla