Axar.az tarixin ən möhtəşəm 10 cavabını təqdim
edir.
1. Ağsaqqal
Varna döyüşündən sonra müharibə meydanında gəzən İkinci Murad
düşmən əsgərlərinin hamısının gənc olduğunu görüb ordu başçısından
soruşur:
- Qəribədir, bu qədər ölünün içində heç ağsaqqal bir adam
görmədim. Hamısı
gəncdir.
Ordu başçısı belə cavab verir:
- Şahım, içlərində bir ağsaqqal olsaydı, başlarına bu iş də
gəlməzdi.
2. Tale
Kənan Rıfayidən soruşurlar:
- Əgər son nəticədə yenə taleyimizdən qaça bilmiriksə, niyə
davamlı olaraq nələrəsə görə çalışırıq?
O, suala belə cavab verir:
- Ona görə ki, nəyəsə çalışmaq da taleyin diktəsidir.
3. Müjdə
Harun ər-Rəşidin vəzirlərindən biri Bəhlul Danəndəyə deyir:
- Gözün aydın, Bəhlul, sultanımız səni donuzlarla meymunların
çobanı təyin etdi.
Bəhlul Danəndə kefini pozmadan belə cavab verir:
- Elə isə qulaqlarını aç və əmrlərimi yerinə yetirməyə
başla.
4. Mete Xan
Bir gün 300 minlik Çin ordusu Mete Xanın qoşunu ilə qarşılaşır.
Mete Xanın köməkçilərindən biri onu düşüncəli görüb soruşur:
- Nə düşünürsünüz, Xaqan?
Mete Xan cavab verir:
- Düşünürəm ki, bu qədər çinlini hara basdıracağıq?
5. Napoleon
Fransa hökumət adamlarından biri döyüşdən sonra barmağını
xəritənin üstünə qoyub Napoleona deyir:
- Əvvəlcə, buranı işğal etməliydiniz, sonra buranı...
Napoleon təmkinlə cavab verir:
- Hə, əgər onlar barmaqla işğal olunsaydı, dediyin kimi
edərdim.
6. Dilənçi
Fateh Sultan Məhməd adamları ilə gəzərkən yanına gələn bir
dilənçiyə qızıl verir. Dilənçi pulu alıb deyir:
- Sultanım, bir şah qardaşına bu qədər pul verərmi?
Fateh Sultan Məhməd deyir ki, biz hardan qardaş olduq? Dilənçi,
"Şahım, ikimiz də Adəmin övladlarıyıq. Əlbəttə, qardaşıq" deyir.
Sultan qeyzlənir:
- Bu sirri daha heç kimə demə. Digər qardaşlarım da pay
istəsələr, sənə heç nə çatmaz.
7. Diogen
Məşhur filosof Diogen bir gün dar küçədə gəzərkən
var-dövlətindən başqa heç nəyi olmayan təkəbbürlü bir adamla üz-üzə
gəlir. Keçib getmək üçün mütləq ikisindən biri kənara çəkilməlidir.
Təkəbbürlü adam Diogenə "Mən bir axmağa yol vermərəm", - deyir.
Diogen kənara çəkilir və deyir:
- Amma mən yol verərəm.
8. Nəfəs alım
Yəhya Kamal bir gün yoxuşu qalxarkən təngnəfəs olur. Onu görən
ofisiant soruşur:
- Xocam, nə almaq istəyirsiniz?
- Oğlum, icazə versən, nəfəs alacağam...
9. Papaya cavab
Bir gün Roma Papası Fateh Sultan Məhmədə "Gəl, xristian ol" deyə
məktub yazır. Fateh Sultan Məhməd ona belə bir cavab göndərir:
- Müsəlmanlığı qəbul edib sünnət olun, səni şeyxülislam təyin
edim.