Yuxarı

Rusiyanın ehtiyatları əriyir, daha gücü çatmır - İvaşenko

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın ehtiyatları əriyir, daha gücü çatmır - İvaşenko

2025-ci ilin sonuna kimi Rusiyada ciddi iqtisadi problemlər gözlənilir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna və keçmiş SSRİ ölkələri üzərində tam nəzarət məqsədini saxlayır, lakin onun resursları tükənib:

“Rusiya Milli Rifah Fondu 150 milyard dollardan 38 milyard dollara qədər azalıb, qızıl və yuan ehtiyatları əriyir, 3 ayda 5 milyard dollar hərbi ehtiyaclara xərclənib. Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini ələ keçirib, Ukraynanın şimalında təhlükəsizlik zonası yaratmağa çalışır, lakin buna gücü çatmır”.

İvaşenko bildirib ki, Rusiyanın səfərbərlik resursu təxminən 25 milyon nəfərdir:

“Bunlar hərbi və ya əlaqəli ixtisasları olan vətəndaşlardır. Lakin faktiki olaraq döyüş əməliyyatlarına hazır olanların sayı 3 milyondan çox deyil. Və tammiqyaslı işğalın başlanğıcından bəri 1,3 milyon rusiyalı artıq səfərbər edilib”.

Tarix
2025.05.26 / 14:27
Müəllif
Axar.az
Digər xəbərlər

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla