Yuxarı

Qız kimi qışqırırdı, o, sadəcə "xoruz"dur - Alaudinov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Areq Şepixinlə şəxsən görüşsəydim, tapançaya əl atardım.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Apti Alaudinov bildirib.

O, bu məsələ ilə hüquq-mühafizə orqanlarının əvəzinə çeçenlərin məşğul olmasından narazılığını bildirib.

Areq Şepixinin müsəlmanları təhqir etməsi məsələsi haqda danışan Apti Alaudinov deyib ki, “erməni əsilli” hansısa bir şəxs hökuməti devirməyə, müsəlmanlara nifrət etməyə çağırıb:

“Bütün çeçen xalqını təhqir etmək qərarına gələn bu heyvanı tutub aparanda qız kimi qışqırır, o, sadəcə "xoruz"dur ("petux"dur). Hamımızı (müsəlmanları və yəhudiləri) yarımçıq hesab edir və deyir ki, bizi evə göndərmək lazımdır. Biz Rusiya Federasiyasının vətəndaşıyıq, ərazilərimiz, torpaqlarımızla onun tərkibindəyik. Gərək sən öz evinə, cəhənnəmə gedəsən".

Aludinov deyib ki, Areqi görsəydi, silahına əl atardı:

"Çünki belə heyvanları ölkədən çıxarmaq, cəhənnəmə göndərmək lazımdır. Bizim bu məsələ ilə məşğul olmalı dövlət qurumları haradadır? Niyə çeçenlər gedib bu "petux"u saxlamalıdırlar?

Çeçen hərbçi həmçinin bildirib ki, əgər Şepixin 10 il də olsa, çeçen olsaydı, ona dərhal cinayət işi açardılar və Moskvada “stəkanda fırtına” başlayardı:

"Çeçen xalqını təhqir etmək olmaz. Biz səssiz qalmayacağıq, həmişə lazım olanı edəcəyik”.

Rusiya hakimiyyətini də sərt tənqid edib. O bildirib ki, Valaam monastırının Qafqaz məclisinə rəhbərlik edən rahib Qavrilin müsəlmanlarla bağlı sözlərindən sonra cinayət işi açılmalı idi.

Qeyd edək ki, rahib bir müddət əvvəl "bayram vaxtı müsəlmanlar bütöv bir ordudur və əmr verilsə, moskvalıları doğraya bilər" deyə bəyanat verib. Onun bu açıqlamasına işarə edən Alaudinov deyib:

"Cübbə geyinən bir axmaq iki milyard müsəlmana deyir ki, sizin inancınız səhvdir. Rusiyada 30 milyon müsəlman yaşayır və sən bizə inancımız haqqında nəsə demək istəyirsən? Onun bu sözlərdən sonra heç bir cinayət işi açılmayıb və ya ən azı üzrxahlıq olmayıb".

Çeçen hərbçi qeyd edib ki, Bryansk və Kursk vilayətlərində törədilən terror aktlarında qeyri-müsəlmanlar iştirak edib, baxmayaraq ki, cəmiyyət “özbəkləri, tacikləri” tənqid edir.

Xatırladaq ki, Rusiyada yaşayan erməni Areq Şepixin sosial şəbəkələrdə mütəmadi olaraq müsəlmanları, Allahı və Quranı təhqir edib. O öz videolarında çeçenləri və dağıstanlıları təhqir edərək bildirib ki, bundan sonra Moskvada "ermənilər hökmranlıq edəcək".

Bundan sonra bir qrup silahlı çeçen onu sürüyərək "Mersedes"in yük yerinə salıb və naməlum istiqamətdə aparıblar.

Rusiya mənbələri həmçinin erməni Areqin dindarların hisslərini təhqir etmək və dini ədavət salmaqda şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayıb. Bildirilir ki, araşdırmanı Çeçenistan hüquq-mühafizə orqanlarının əməkdaşları aparır.

Tarix
2025.06.05 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla danışdı

Nazirlik növbəti dəfə hərrac keçirdi

Azərbaycanlı iş adamı təkzib etdi, OMON axtarış aparmayıb

Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi

Fransa parlamentində Bakıya qarşı qətnamə ilə bağlı bəyanat

DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır

“Bakcell”in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda

Qusman işdən çıxarılması ilə bağlı suala belə reaksiya verdi

Bakı bunu gözləyirdi, Kreml etmədi: Niyə?

Bakıdan qovulan Ocaqnejad azərbaycanlılarla görüşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla