Yuxarı

500 min miqrant ABŞ-ı tərk etməlidir - Xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
500 min miqrant ABŞ-ı tərk etməlidir - Xəbərdarlıq

ABŞ Daxili Təhlükəsizlik Departamenti yüz minlərlə miqrantın ölkədə yaşamaq və işləmək icazələrini ləğv edəcək.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, miqrantlara ölkəni tərk etmələri barədə məlumat veriləcək.

Kuba, Haiti, Nikaraqua və Venesuela vətəndaşları keçmiş prezident Co Bayden administrasiyasının başlatdığı humanitar proqram çərçivəsində ABŞ-a daxil olublar. Ümumilikdə CHNV kimi tanınan proqram çərçivəsində 530 mindən çox insan ABŞ-a axın edib.

Proqram iştirakçılarının elektron poçt ünvanlarına göndərilən sənəddə deyilir:

"Biz bununla sizə humanitar giriş icazənizin ləğv edildiyi barədə məlumat veririk. Əgər ölkəni tərk etməsəniz, şəxsi işlərinizi həll etmək imkanı olmadan həbs və deportasiya da daxil olmaqla, məcburi tədbirlərə məruz qala bilərsiniz".

CNN qeyd edir ki, qərar Donald Tramp administrasiyasının həm ölkədəki, həm də qanuni yolla gələn milyonlarla miqrantı zorla deportasiya etmək məqsədi daşıyan daha geniş immiqrasiya siyasətinin bir hissəsidir.

Tarix
2025.06.12 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla