Yuxarı

Xameneini öldürmək istədik, amma... - Katz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xameneini öldürmək istədik, amma... - Katz

İsrail 12 günlük müharibə zamanı İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz “Kanal13”ə müsahibəsində deyib.

“Biz Xameneini öldürmək istəyirdik, amma bunun üçün heç bir əməliyyat imkanı olmadı. Lakin Xamenei bunu başa düşdü və yerin altına, çox dərinliklərə çəkildi və məhv edilən komandirləri əvəz edən komandirlərlə əlaqəni kəsdi, nəticə etibarilə bu real deyildi”, - Katz bildirib.

Katz ABŞ-ın buna icazə verib-verməməsi ilə bağlı suala cavabında isə belə qeyd edib: “Bizim belə şeylər üçün icazəyə ehtiyacımız yoxdur”.

Qeyd edək ki, müdafiə naziri müharibə vaxtı Xameninin öldürülməsinin hərbi əməliyyatların əsas hədəflərindən biri olduğunu açıqlamışdı.

Tarix
2025.06.26 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla