Yuxarı

Maliyyə çatışmır, hamı savaşdan yorulub - BMT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maliyyə çatışmır, hamı savaşdan yorulub - BMT

Kiyev və Moskva arasındakı münaqişədən yorğunluq, həmçinin Avropa ölkələri və ABŞ-dan dəstəyin azalması BMT-nin Ukraynadan olan qaçqınlara yardım layihələrinin həyata keçirilməsinə təhlükə yaradır.

Axar.az xəbər verir ki, bunu BMT-dəki Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Emi Poup “Röyters” agentliyinə müsahibəsində deyib.

"Münaqişə üç il yarımdır ki, davam edir. Hər kəsin yorğun olduğunu söyləmək düzgün olar", - o vurğulayıb.

O qeyd edib ki, bir çox beynəlxalq proqramın maliyyələşdirməsini dayandırdığını elan edən Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra BMqT və digər BMT agentlikləri artıq ciddi maliyyə çatışmazlığı ilə üzləşib.

BMT rəsmisinin sözlərinə görə, təşkilatın Tramp administrasiyasının siyasəti nəticəsində yaranan büdcə kəsiri 1 milyard dollar təşkil edib.

Tarix
2025.07.12 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan 4 türk ölkəsi ilə razılığa gəldi - ETOTS

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla