Yuxarı

Suriyadakı vəziyyətə dözə bilmərik, 3-4 saat ərzində... - Fidan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyadakı vəziyyətə dözə bilmərik, 3-4 saat ərzində... - Fidan

Suriyada qeyri-sabit vəziyyətə dözə bilmərik. 3-4 saat ərzində atəşkəs prosesi başlayacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

Fidan İsrailin bir müddətdir bölgədə sabitliyi pozmaq siyasəti yürütdüyünü qeyd edib:

“Bunu edərkən, İsrail özünün milli təhlükəsizlik prioritetlərinə əsaslanan və regiondakı digər ölkələrin heç bir qanununa, qaydalarına, hüquqlarına, suverenliyinə və ərazi bütövlüyünə əhəmiyyət verməyən siyasət aparır”.

Fidan həmçinin Suriyada mərkəzi hakimiyyətin öz iradəsini ortaya qoymasının, təhlükəsizlik, sülh və rifahın bərqərar olmasının böyük əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, İsrail Suriyada parçalanma yaradaraq, xaosu davam etdirmək niyyətindədir:

“Bu, bizim üçün qəbuledilməzdir. Qeyd etdiyim kimi, biz bölgədəki yaxın dostlarımızla işləyirik. ABŞ ilə çalışırıq, ümid edirik ki, yaxın üç-dörd saat ərzində sakitlik və atəşkəs dövrünə girəcəyik”.

Tarix
2025.07.16 / 22:56
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla