Yuxarı

Kreml bizə inanmır, ona görə də İsraili seçəcək – İzzədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml bizə inanmır, ona görə də İsraili seçəcək – İzzədi

Rusiya İslam Respublikası ilə İsraili dəstəkləmək arasında seçim qarşısında qalsa, mütləq İsraili seçəcək.

Axar.az xəbər verir ki, bunu İranın Rusiyadakı keçmiş səfiri Nemətullah İzzədi deyib.

O, “Camaran” saytına müsahibəsində İran-İsrai müharibəsi zamanı Rusiyanın İrana dəstək vermədiyini xatırladıb.

Ukrayna müharibəsində İranın Rusiyaya dəstək verdiyinə toxunan İzzədi Tehranla Moskva arasındakı hərbi əməkdaşlığın daha çox birtərəfli olduğunu və İranın Rusiyaya birtərəfli yardım etdiyini bildirib:

“Məncə, bizim Rusiya ilə hərbi müqavilələrimiz və Ukrayna müharibəsində ona yardımımız birtərəflidir, kritik anlarda Rusiya bizə qarşılıqlı yardım etməyib, çünki Rusiya İranın ona dəstəyi qarşılığında onun da İrana dəstəyi şərtini qəbul etməyib”.

Nemətullah İzzədi Rusiyanın İrana inanmadığını qeyd edib:

“Rusların fikrincə, İran mürəkkəb və hərəkətlərinin proqnozlaşdırılması çətin bir ölkədir və təbii olaraq ruslar böhran dövründə maraqlarını təhlükə altına salacaq belə bir ölkə qarşısında öhdəlik götürmürlər”.

Tarix
2025.07.22 / 11:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla