Yuxarı

Avstriyada prezident seçkilərinin nəticələri ləğv olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya Konstitusiya Məhkəməsi ölkədə keçirilən prezident seçkilərinin nəticələrini ləğv edib.

Axar.az xəbər verir ki, radikal sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ) müraciəti əsasında aparılan araşdırma zamanı seçkilərdə qanunsuzluğa yol verildiyi müəyyən olunub. Məhkəmənin qərarı ilə prezident seçkiləri yenidən təşkil olunacaq.

Ölkədə növbəti president seçkisinin payızın ilk ayında keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, FPÖ sədri Kristian Ştraxe 8 apreldə baş tutan seçkilər zamanı saxtakarlığa yol verildiyini iddia edərək Konstitusiya Məhkəməsinə 150 səhifəlik müraciət ünvanlamışdı.

Prezident seçkilərinin 22 mayda reallaşdırılan ikinci turunda Yaşıllar Partiyasından namizəd Aleksandr Van Der Bellen 50,3, radikal sağçıların namizədi Norbert Hofer 49,7 faiz səs qazanmışdı. Bu nəticə ilə Van Der Bellen Hoferi 31 min səslə qabaqlayaraq prezident seçilmişdi.

Hazırki president Haynz Fişer yeni prezident seçilənə qədər vəzifəsini davam etdirəcək.

Tarix
2016.07.01 / 15:15
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla