Yuxarı

İnfeksionistdən qrip açıqlaması: Bu yerlərdə maska taxın

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnfeksionistdən qrip açıqlaması: Bu yerlərdə maska taxın

Hazırda qrip və kəskin respirator virus infeksiyaları ilə əlaqədar epidemioloji vəziyyət stabil və nəzarətolunandır.

Axar.az xəbər verir ki, bunu APA-ya Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, fəsil dəyişkənliyi və zəifləyən immunitet fonunda uşaqlar arasında hava-damcı infeksiyalarının yayılması artıb:

“Fəsil dəyişməsi, havaların qeyri-stabil keçməsi, insanlarda mövsümi olaraq immunitetin nisbətən zəifləməsi uşaqlar arasında, xüsusən bağça və məktəblərdə hava-damcı üsulu ilə yayılan bu tip infeksiyaların artması üçün əlverişli şərait yaradır. Lakin bu artımlar əhəmiyyətli dərəcədə deyil və təhlükəli hesab olunmur. Tezliklə havaların stabilləşməsi və temperaturunun artması qeyd olunan infeksiyaların yayılma səviyyəsinin azalacağını deməyə əsas verir. Bu infeksiyalar qısamüddətli olub immun sistemi normal olan insanlarda heç bir problem yaratmır. Lakin müxtəlif səbəblərdən immun defisiti olan şəxslər istisnadır, həmin insanlarda yüngül gedişli kəskin respirator virus infeksiyaları fəsadlı gedişlə müşayət oluna bilər".

O qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən vəziyyətin stabilliyi nəzərə alınaraq heç bir məhdudlaşdırıcı tədbirlər görülmür:

“Yalnız insanların çox sayda toplandığı məkanlarda maskadan istifadə olunması tövsiyə olunur”.

Tarix
2026.04.15 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla