Dünya əhalisinin çoxu qanazlığıyla mübarizə aparır və
tək müalicə kimi dəmir həbləri görülür. Halbuki qansızlığının alt
qatlarında fərqli səbəblər də ola bilər.
Axar.az xəbər verir ki, qanazlığı dərmanla müalicə edilsə də,
bəzən mədə, bağırsaq, prostat xərçənglərinə qədər bir çox
xəstəliklərin xəbərçisi ola bilər.
Ən çox rastlaşdığımız qanazlığının səbəbləri dəmir, B12 vitamini
və fol turşusu əskikliyidir. Günlük həyatınıza təsir edəcək qədər
qanazlığı problemi ilə üz-üzəsinizsə, bu vəziyyəti ciddiyə alıb
müayinə olunmağınız mütləqdir.
Dəmir çatışmazlığı zamanı bu xəstəliklər ortaya
çıxır:
Saç tökülməsi, qırılması, codlaşması;
Dırnaqların nazikləşməsi və qırılması;
Dildə ağrı və acılığın hiss edilməsi;
Gün ərzində həddindən çox halsızlıq və yorğunluq;
Uzun müddət dəmir əskikliyi nəticəsində dalaq, ciyər, ağciyər
böyüməsi;
Əzələ və skelet sistemi xəstəliklərinin meydana gəlməsi;
Əsəb sistemi xəstəlikləri.
Dəmir çatışmazlığı genetik olaraq özünü büruzə verməklə yanaşı,
nadir hallarda bəzi xərçəng xəstəliklərinin əlaməti də ola
bilər.
Dəmir çatışmazlığı nə vaxt meydana gəlir?
Hamiləlik və körpələrin əmizdirilməsi zamanı
Mədə-bağırsaq sisteminin xora, qastrit, kolit, hemoroid, polip
və xərçəng xəstəliklərinin meydana gəldiyi dövrlər.
Bağırsaq parazitlərinin ortaya çıxdığı zamanlar
Aspirin, yaxud oxşar dərman istifadə edildiyində
Ağciyər xəstəliklərinin ortaya çıxdığı zamanlar.
Bəzi qan xərçənglərinin əmələ gəldiyi zaman
Bəzən vegetarian kimi qidalandıqda
Çay və taxıl istehlakının çoxluğu zamanı
Bu problemlərlə qarşılaşdığınız zaman ilk olaraq dəmir əskikliyi
və qansızlığa səbəb olmasını düşünmək lazımdır.
Əgər qanazlığının səbəbi dəmir əskikliyidirsə, lazımı
dieta saxlamaq, yaxud dəmir həblərindən istifadə etmək
olar.
B12 vitaminin əskikliyi zamanı üzləşəcəyiniz problemləri və
aradan qaldırılması yollarını buradan oxuya bilərsiniz.
Fol turşusu çatışmazlığı depresiyaya səbəb ola
bilər.
Yetkin insanlar gün ərzində 400 milli qram fol turşusu qəbul
etməlidirlər. Bu miqdar uşaq və yaşlılarda dəyişir. Fol turşusu
lazımi miqdarda qəbul edilməsə anemiyaya (qanazlığı) səbəb
olur.
İnsanda gün ərzində yorğunluq keylik və halsızlıq, nəfəs
çatışmazlığı, dəri və selikli qişada solğunluğun meydana gəlməsi,
ağız və dodaq kənarında çatların yaranması, dil qızarması, dildə
ağrı hiss olunması fol turşusu əskikliyinin göstəriciləridir.
Qeyd: Fol turşusu çatışmazlığı göstəriciləri başqa
problemlərin də xəbərçisi ola bilər. Məsələn, dodaqkənarı çatlar
B2, yaxud B6 vitaminin çatışmazlığından meydana gəlir.
Fol turşusu əskikliyi daha çox şərab, rakı, araq kimi spirtli
içkilər qəbul edən və siqaret çəkən insanlarda daha çox
rastlanılır. Belə şəxslərdə qanazlığıyla yanaşı, ağciyər
xərçənginin meydana gəlməsi riski də yüksəkdir.
Fol turşusu daha çox yaşıl yarpaqlı tərəvəzlərdə, pivə
mayasında, mal qara ciyərində, böyrəkdə, toyuq yumurtasında,
pərdəsi götürülməmiş taxıl bitkilərində, çərəzlərdə, mərci,
ispanaq, yonca, yosun, cəfəri, nanə, quru paxla kimi paxlalı
bitkilərdə bol miqdardadır.
Qanazlığı ən çox qadınlarda rastlanılır. Müalicəsi üçün
öncəliklə onun nə üçün meydana gəldiyini müəyyənləşdirmək
mütləqdir.