Yuxarı

Yorğunluq, əsəb, unutqanlıq və çarəsi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yorğunluq, əsəb, unutqanlıq və çarəsi

Davamlı olaraq yorğunluq halı, əsəbilik, üşənmə, unutqanlıq, pessimizm, çox yemək istəyi hallarını yaşayırsınızsa, səbəb B12 vitamini çatışmazlığı ola bilər.

Axar.az xəbər verir ki, B12 vitamininin çatışmazlığı insanda bir çox problemlərə yol açır.

B12 vitaminini qəbul etdiyimiz qidalar vasitəsilə bərpa etmək olur. B12-nin az qəbulu, yaxud mədə xəstəlikləri bu vitamininin çatışmazlıq səbəblərindəndir.

Bədən üçün önəmli olan B12 vitamini ilə bağlı məlumatlar:

1.B12 vitamini hüceyrə yaşlanmasının qarşısını alır.

2.Əsəb hüceyrələrini bərpa edir.

3.Ürək damar xəstəliklərinə, infakt və yüksək təzyiqə qarşı bədəni qoruyur.

4.B12 vitamini eyni zamanda karbohidratları enerjiyə çevirir, yağı azaldır.

5.B12 bədən enerjisini artırdığı üçün halsızlıq və yorğunluğun qarşısını alır. Bu isə yemək istəyini azaldır.

6. Karbohidratları enerjiyə çevirərək şəkər istifadəsini yaxşılaşdırdığı üçün beyinin ehtiyacı olan şəkər maddələr mübadiləsini tənzimləyərək unutqanlığı əngəlləyir.

7. Prostat, yoğun bağırsaq, ağciyər və döş xərçəngi xəstəliklərinə qarşı qoruyucu təsiri var.

8.Bu vitamin sağlam saç, dəri və dırnağın təməl ehtiyacıdır. Yeni hüceyrələrin əmələ gəlməsini və dərinin davamlı yenilənməsini təmin edir.

B12 vitaminini düzgün şəkildə necə qəbul etmək olar?

1.İldə azı bir dəfə terapevt həkimə gedib, B12 səviyyəsini ölçdürün;

2.Qırmızı ət, ciyər, balıq, istiridyə, midyə (molyusk) kimi dəniz canlıları, qatıq, pendir və yumurta kimi heyvandarlıq məhsullarında B12 vitamini kifayət qədərdir;

3. B12 vitamininin bədəndə həzmini əngəlləyəcək narahatlığınız varsa, həkim nəzarətində B12 qəbulunu ya ağızdan, ya da inyeksiya müalicəsi kimi edə bilərsiniz.

B12 vitamininin qidalar xaricində dərman, yaxud iynələrlə qəbulu insanı kökəltmir.

Tarix
2016.09.24 / 00:28
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla