Yuxarı

Rusiyalı alimdən inanılmaz kəşf

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

2009-cu ildə Rusiyanın Saxa respublikasında yerləşən Mamut dağı ətəklərində, buzlaq altında tapılan 3.5 milyon illik bakteriyanın inanılmaz xüsusiyyətləri aşkar edilib.

Axar.az xəbər verir ki, Moskva Dövlət Universitetinin alimi Anatoli Brouçkov 3 il davam edən araşdırmalardan sonra “Bakillus F” adlı bu bakteriyanın hüceyrələri cavanlaşdırdığını və immun sistemini gücləndirdiyini kəşf edib. Alim 2012-ci ildə aparılan labaratoriya testlərini əvvəlcə siçanlar, sonra isə öz üzərində sınaqdan keçirib.

“Siberian Tayms” qəzetinə açıqlama verən Brouçkov son iki ildə qrip virusuna belə yaxalanmadığını deyib: “Daha çox çalışmağa başladım. Son iki ildir heç qripə yoluxmamışam. Siçanlar üzərində aparılan araşdırmalardan sonra öz özərimdə test keçirməyə qərar verdim. Yakut türklərinin uzunömürlü olmasının sirri bölgədəki sularda olan bu bakteriyadır.

Bakteriyanın insan orqanizmində necə pozitiv xüsusiyyət yaratdığını dəqiq öyrənə bilməmişik. “Aspirin”in də necə təsir etdiyini bilmirik, ancaq edir. Eyni şey burada da keçərlidir. Mexanizmi bilmirik, amma nəticə göz qabağındadır. Ölməyən bakteriyaların olduğunu və bu bakteriyaların özlərini ətraf aləmdən qoruya bildiyini düşünürəm”.

Qeyd edək ki, Sibirin donmuş torpaqlarında sözügedən bakteriyadan başqa qeyri-adi bakteriyalar da yaşayır. Bu bakteriyalardan biri neft molekullarını yox edir. “Siberian Tayms”ın xəbərinə görə, bu bakteriyalardan neft tullantılarını təmziləməkdə istifadə oluna bilər.

Tarix
2017.01.04 / 16:22
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla