Yuxarı

Alimlər qırışların çarəsini tapdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Teleqraf" qəzeti yazır ki, qocalmanın əlaməti olan qırışlar çox tez bir zamanda keçmişin qalığına çevrilə bilər.

Musavat.com xəbər verir ki, alimlər dərini gənc və təravətli edən piy hüceyrələrini yetişdirməyi öyrəniblər.

Alimlər bildirirlər ki, bu kəşf nəinki qocalığa qarşı müalicələrin inkişafına təkan verə bilər, həm də bu metodla yaraların çapıqsız sağalmasına nail olmaq olar.

Adiposit adlanan yağ və ya piy hüceyrələri normal olaraq dərinin tərkibinə daxildir, lakin yaşlanma və ya çapıqların sağalma prosesində itə bilər.

Məhz bu hüceyrələrin yoxluğu yaşlı adamların üzündəki qırışları ömürlük edir.

Laboratoriya araşdırmaları göstərib ki, tük kisəcikləri yaraların çapıqsız sağalmasına birbaşa təsir edir. Bu kisəciklər Sümük Morfogenetik Zülalı (SMZ) adlı molekulun siqnallarını buraxır.

SMZ yaralarda rast gəlinən çapıqyaradan miofibroblast hüceyrələrinin adipositlərə çevrilməsi üçün "komanda" verir.

ABŞ-ın Pennsylvania Universitetinin aparıcı alimi professor Corg Kotsarelis deyib ki, yeni metod istənilən yaranın çapıq qoymadan itib getməsinə imkan verəcək.

Alim bildirir ki, "miofibroblastların başqa hüceyrəyə çevrilmədiyinə inanılır, lakin biz hüceyrələri dəyişməyə və adipositlərə çevrilməyə məcbur etmişik".

Təcrübələr laboratoriyada həm insan, həm də siçanın çapıqyaradan toxuması üzərində aparılıb.
"Teleqraf" yazır ki, tədqiqatın əsas məqsədi çapıqların aradan qaldırılmasına yönəlsə də, bu kəşf başqa sahələrdə də tətbiq oluna bilər.

Professor Cotsarelis deyib ki, adipositlərin itməsi HİV virusuna yoluxma və təbii yaşlanma kimi proseslərin ümumi xüsusiyyətidir.

Alimin sözlərinə görə insanın üz dərisində adipositlərin yetişdirilməsi ilə qocalığın müalicəsinə böyük töhfə veriləcək.

Tarix
2017.01.09 / 18:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Keçmiş gömrük əməkdaşının cəzası elan olundu

Qarabağ atları Britaniyada kral atçılıq şousunda - Foto

Şeyxdən Ermənistana çağırış: Xülyalara aldanıb…

İlham Əliyev Bakıda mühüm tədbirdə iştirak etdi - Foto

Möhtəşəm plan: Şuşanın “işğal günü”, görün, nə hazırlanır

Prezident Zuhair Əlhartini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla