Yuxarı

Hər saatın öz içkisi - Sıralama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Normal qidalanma rejimi ilə bədənimiz gündə təxminən ən azı bir litr su qəbul edir. Ən idealı isə gündə minimum 1.5-2.5 litr su qəbuludur. Əsas içki növümüz su olsa da, sağlamlığımız üçün digər içkilərdən də istifadə etməliyik.

Saatlara görə içki bölgüsü necədir?

08.00 - otaq istiliyində su içmək

Səhər saatlarında qəbul edilən su böyrək və bağırsaqların funksiyasını artıraraq bədəni toksin və şlaklardan təmizləyir, dəriyə hamar bir görünüş qazandırır. İstəsəniz, su yerinə sidikqovucu və ya toksinatıcı xüsusiyyətləri olan bitki mənşəli çaylar da içə bilərsiniz.

Səhər oyandığınız zaman eynilə üzünüzü yuduğunuz kimi, bədəninizi də yumaq lazımdır. Buna görə bu saatlarda bir stəkan su və ya bitki çayı ən uyğun olanıdır. İçdiyiniz suya bir neçə damla limon suyu da damızdıra bilərsiniz.

12:00-14:00 arasında qəhvə və çay içmək lazımdır. Bu içkilərin tərkibində olan maddələr bədənə enerji verib zehni açmaqla yanaşı, konsentrasiyanı artıraraq bədəndə maddələr mübadiləsini sürətləndirir.

Saat 10.30

Bu saatda tərəvəz sularına üstünlük verin. Xüsusilə isti havalarda içilən meyvə şirələri tərlə itirilən vitamin və mineral duzların geri qazanılmasını təmin edir.

Saat 10-dan 11-ə qədər su içməyin

Səhər saat 10:00 ilə 11:00 arasında bədənin su ehtiyatı azalır, qanda şəkərin miqdarı düşür. Buna görə də bu saatlarda su içmək məsləhət deyil.

Saat 12.00

Ayran bu saat üçün ən ideal içkidir. Bu içki yeməkdən topladığınız yağın həzm edilmədən atılmasını təmin etdiyi üçün arıqlamanızda sizə yardımçı olacaq. Ayran minerallarla zəngin olduğu üçün günorta yeməyinin həzminə kömək edir.

Saat 15.00

Bir fincan çay için. Çay yuxuqaçırıcı təsirə sahibdir. Günorta saatlarında içilən çay günorta yuxusunun qarşısını alacaq.

Saat 19.00-20.00 üçün ən ideal içkisi

Bir qədəh soyuq şərab axşam vaxtı ən yaxın dostunuza çevrilə bilər. Şərabın tərkibində olan şəkərin sayəsində enerjiniz artmaqla, damar sistemində də müsbət dəyişikliklər baş verəcək.

Gecə yatmazdan öncə

Axşam saat 11 üçün sadəcə isti və ya bir qədər normal otaq temperaturunda soyuq süd.

Gecə yuxusuyla birlikdə böyümə hormonu da ortaya çıxır. Böyümə hormonu təbii ki, artıq bizi böyütmə gücünə sahib olmadığından, bizim gün içində yorğunlaşan bədənimizə güc verəcək. Kalsiumu yüksək olan südü gecə yatmadan əvvəl içmək uşaqlarda boy uzanmasına kömək etsə də, bizdə sümük sıxlığı və elastikliyini qorumağa yardım göstərir.

Tarix
2013.11.16 / 23:52
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla