Yuxarı

Beyini qoruyan maddə - Xolin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xolin və ya B4 vitamini orqanizmin bir çox proseslərində iştirak edir. Lakin onun əsas vəzifəsi sinir sistemini qorumaq, onun fəaliyyətini yaxşılaşdırmaqdır

Sağlamolun.az xəbər verir ki, xolin sinir hüceyrələrini dağılmaqdan qoruyur, sinir sistemində pozulmaların inkişafının qarşısını alır.

İngiltərə alimləri eksperiment zamanı sübut ediblər ki, qidalanmada xolin maddəsinin artması yaddaşın xeyli yaxşılaşmasına kömək edir. Eksperimentdə tələbələr iştirak edib. Eksperiment zamanı tələbələr 2 qrupa bölünüb. Bir qrupa xolin, digər qrupa plasebo verilirdi. 10 gündən sonra məlum olub ki, yaddaş testlərində xolin qəbul edən tələbələr daha yaxşı nəticələr göstərib.

Hamiləlik zamanı qadınlar mütləq xolinlə zəngin olan qidaları qidalanmasına daxil etməlidir. Bu körpənin beyninin normal inkişafında böyük rol oynayır.

Xolin Alsqeymer xəstəliyinin (qocalıqda inkişaf edən ağıl zəifliyi) müalicəsində və bu xəstəliyin profilaktikasında böyük rol oynayır.

Xolin beyin damarlarının sağlamlığını qoruyur ki, bu da insultun profilaktikasında böyük rol oynayır.

Mütəxəssislər stress, depressiya, nevroz zamanı qidalanmada xolinin miqdarını artırmağı tövsiyə edir.

Xolinlə zəngin olan qidalar bunlardır:

- yumurta və xüsusilə yumurta sarısı xolinin əsas mənbəyidir. Yumurtanı ilıq şəkildə yemək daha faydalıdır ki, bu halda xoıin saxlanılır.

- qaraciyər, ət

- cücərdilmiş buğda

- paxlalar (mərci, noxud, lobya)

- süd məhsulları

- ispanaq

- kələm

- araxis.

Tarix
2017.05.25 / 01:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla