Yuxarı

Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş əsrin 20-ci illərindən başlayaraq elmdə qan qruplarının müxtəlif xəstəliklərlə olan əlaqəsi çox aktiv şəkildə öyrənilir.

Sağlamolun.az-un məlumatına görə, tədqiqatlar göstərir ki, hər qan qrupu orqanizmi virus, mikrob və toksiki birləşmələrdən qoruyan xüsusi sistemdir. Alimlərin fikrinə görə, müəyyən qan qrupları bu və ya digər xəstəliklərin riskini azalda və ya artıra bilər.

Belə ki, araşdırmalar göstərir ki, nəfəsalma sistemi xəstəliklərinin ən böyük riski 1 (RH-) qan qrupuna (1-ci qan qrupu, mənfi rezus-faktor) aid olan insanlardadır. Məhz bu qrup insanlarda xroniki bronxit, ağciyər vərəmi, allergiyalar, bronxial astma və s. nəfəsalma sistemi xəstəliklərinə digər qan qrupları ilə müqayisədə daha tez-tez təsadüf edilir.

Təbii ki, bu o demək deyil ki, sizdə qan qrupu 1 (RH-)-dirsə, sadaladığımız xəstəliklər sizdə mütləq inkişaf edəcək. Lakin risk var və bu səbəbdən bu qan qrupuna aid olan insanlar nəfəsalma sistemi xəstəliklərinin profilaktikasına daim diqqət etməlidir (siqaret çəkməməli, kəskin tənəffüs sistemi xəstəliklərini vaxtında və tam müalicə etməli, tamdəyərli qidalanmalı, allergiyanı müalicə etməlidir və s.).

Digər elmi araşdırmalar göstərir ki, nəfəsalma sistemi xəstəliklərinin inkişafı riski 4-cü qan qrupuna aid olan insanlarda digər qan qrupları ilə müqayisədə daha azdır.

Tarix
2017.05.28 / 01:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla