Yuxarı

Baş pediatrdan uşaqlarla bağlı - Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqları dənizə apararkən valideynlər diqqətli olmalıdır. Çimərliyə infraqırmızı şüaların çox olduğu vaxtlarda getməsinlər. Əks halda uşaqlarda dəri və baş beyin problemləri yarana bilər.

Axar.az xəbər verir ki, bu fikirlərlə respublikanın baş pediatrı Nəsib Quliyev isti yay günlərində uşaqlarda diqqət etməli məqamlar barədə danışarkən deyib. N.Quliyev qeyd edib ki, yayda valideynlərin üzərinə mühüm vəzifə düşür:

“Valideynlər mövsüm zamanı uşaqların düzgün qidalanmasına ciddi fikir verməlidirlər. Ən mühüm məsələlərdən biri uşaqların təmiz su ilə qidalanmasıdır. Qaynadılmamış suyun uşaqlara verilməsi də yolverilməzdir. Qaynadılıb soyudulmuş, otaq temperaturunda olan sudan uşaqlar rahat şəkildə istifadə edə bilərlər. Yay fəslində qidaların çeşidi çoxalır. Lakin bunun mənfi cəhəti ondan ibarətdir ki, isti havada onların saxlanmasına və soyutma rejiminə əməl etmədikdə qidaların bakterioloji cəhətdən çirklənərək xəstəlik törətməsi ehtimalı artır. Mədə-bağırsaq xəstəliyi əlamətləri görünən kimi dərhal həkimə müraciət edilməsi zəruridir”.

Pediatr ana südü ilə qidalanan körpələrin qidasını dəyişdirmək və əlavə qida vermək fikrindən yay aylarında uzaq olmağı da tövsiyə edib.

Tarix
2017.07.18 / 08:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla