Yuxarı

Həkimə getmədən uşaqlarımızın gözlərini necə qoruyaq?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsildə uğur əldə etməyə gedən yol gözlərimizdən keçir. Dərk etmə, anlama, ətrafda baş verən hadisələrin 90% qavranması məhz gözlərimiz sayəsində baş verir. Bilməliyik ki, bəzi göz xəstəlikləri gizli şəkildə keçir, heç bir narahatlığa səbəb olmur və xüsusən də uşaqlar gözlə bağlı narahatçılıqlarını ifadə edə bilmədikləri üçün, valideynlər bu mövzuda daha diqqətli olmalıdırlar.

Axar.az xəbər verir ki, uşaqlarla vaxt keçirərkən bəzi kiçik məqamlara diqqət yetirməklə, həkimə getmədən belə göz probleminin olub olmamasını aşkarlamaq mümkündür.

Bioloji Təbabət Klinikasının həkimi, oftalmoloq Günel Xalıqverdiyevanın sözlərinə görə, bir çox göz xəstəlikləri bir sıra əlamətlərlə özünü biruzə verir və valideynlərin bunu bilməsində fayda var.

Bunlar hansılardır?

  • Televizorun yaxın məsafədən izlənməsi, kitab, dəftər, planşetə 30 sm-dən yaxın məsafədən baxmaq
  • Uzağa baxarkən gözləri qıymaq
  • Tez-tez gözqırpma kimi vərdişin olması
  • Baxarkən başını sağa və ya sola əyərək məcburi vəziyyət vermək
  • Bir və ya hər iki gözdə paralelliyin itməsi, içəri,bayıra,yuxarı və aşağı doğru qaçma hallarının olması
  • İşıqdan qorxma, işıqlı havaya çixarkən gözlərin yumulması
  • Əlləri tez-tez gözə doğru apararaq ovmaq
  • Gözlərdə qızarma və sulanmanın olması bucağına çirkin yığılması

Qarşıdan gələn ağır tədris ilinin başlamasını nəzərə alaraq gözlərin zəifləməsinin qarşısını almaq mütləqdir. Çünki, uzunmüddətli yaxın məsafəyə baxmaq göz üçün stress faktor olduğundan gələcəkdə sağlam gözdə belə görmənin zəifləməsinə səbəb olur. Xüsusilə də görmə zəifliyinə genetik meyilliyi olan (miopiya, hipermetropiya, astiqmatizm və s.), ambliopiya (tənbəllik) və çəpgözlüyü olan uşaqların dərslə yanaşı olaraq əlavə planşet, komputer, telefonla oynamaları yaxın məsafəyə baxma müddətini uzadaraq ikiqat stress faktor rolu oynayır və görmənin vaxtından əvvəl pisləşməsinə gətirib çıxarır.

Görməni qorumanın qızıl qaydaları bunlardır:

1. 20-20-20 qaydası : Her 20 deqiqeden bir 20 addım uzaqlıqdakı məsafəyə baxaraq gözlərimizə 20 saniyəlik fasilə vermək.

2. Dərs oxunan ortam tam ışıqlı olmalıdır. Yazı stoluna işığın sol tərəfdən düşməsinə və stol arxasında oturarkən onurğanın düz vəziyyət almasına xüsusi diqqət yeririlməli. Baş önə doğru çox da əyilməməlidir.

3. Gözlə kitab və ya dəftər arasındakı məsafə ən az 30 sm olmalı.

4. Vitamin və antioksidantlarla zəngin qidalarla qidalanmaq.

5. Asudə vaxtı qapalı məkanlarda deyil, açıq havada keçirmək.

Bu qaydalara riayət etməklə göz xəstəliklərinin qarşısını vaxtinda ala bilərik və onlardan qoruna bilərik. Hər kəsə sağlam gözlər və aydıngörmə arzulayıram.

Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110

Telefon: (012,050,055,070) 430 89 89

Tarix
2017.09.17 / 15:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla