Yuxarı

Körpələrə qoyulan 4 səhv diaqnoz – Diqqətli olun!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqlara qoyulan diaqnozlarla müraciət edən xəstələrin 99 %-nin tamamilə sağlam olduğunu müşahidə etmişəm. Bu səbəbdən, analara məsləhət görərdim ki, diqqətli olsunlar.

Bu barədə Axar.az-a açıqama verən pediatr Altay Abdullaoğlu bildirib ki, ölkəmizdə körpələrə ən çox qoyulan 4 səhv diaqnoz var:

“Azərbaycanda uşaqlara ən çox kəllədaxili təzyiq, timus, hipoksiya (oksigen catışmazlığı) və nevroloji uşaq diaqnozları qoyulur. Ölkəmizdə bu xəstəliklər səbəbiylə kurs müalicələr alan yetərli sayda körpə uşaq var. Azərbaycanda olduğum müddətdə mənə bu diaqnozla müraciət edən xəstələrin 99 %-nin tamamilə sağlam olduğunu müşahidə etmişəm. Çox vaxt körpələrdə olan bəzi normal əlamətlər xəstəlik olaraq qəbul edilir və buna uyğun olaraq kurs müalicələrə başlanılır. Bu əlamətlərdən ən çox rast gəldiyimiz körpələrin ağız ətrafında müşahidə olunan göyərmələr, ağlayanda çənənin əsməsi, gecələr səbəbsiz bir şəkildə ağlamaqlar, dilin bayıra çıxarılmasıdır”.

Həkim bildirib ki, bu kimi əlamətlər xəstəlik əlaməti deyil və körpələrdə rast gəlinən normal, fizioloji haldır:

“Əgər körpənin müayinəsində digər əlamətlər görünməzsə, bu əlamətlər müstəqil bir surətdə hər hansı bir xəstəliyin əlaməti hesab olunmur və tamamilə normal bir haldır. Bu əlamətlər zamanla öz-özünə keçib gedəcək. Ona görə hər kəsə uşaqlarına qarşı daha diqqətli olmaları və yersiz yerə körpələri kurs müalicələrə məruz qoymamalarını tövsiyyə edirik”.

Tarix
2017.10.23 / 08:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla