Yuxarı

Tənqidçinin ölüm işində yeni adlar üzə çıxa bilər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tənqidçinin ölüm işində yeni adlar üzə çıxa bilər

Həkim terroru nəticəsində həyatını itirən tənqidçi Elnarə Tofiqqızının ölüm işi ilə bağlı istintaq davam etdirilir.

Bu barədə Axar.az-a mərhumun həyat yoldaşı Anar Niftəliyevin hüquqlarını müdafiə edən Səməd Vəkilov məlumat verib.

Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində E.Tofiqqızının ölümündə günahkar olan şəxslərin sayının artacağı gözlənilir:

"Bakı Şəhər Prokurorluğunun müstəntiqi Vaqif Süleymanov hazırda istintaqla əlaqədar yenidən aidiyyəti şəxslərin dindirilməsi və zəruri istintaq hərəkətlərini həyata keçirir. Yalnız bundan sonra təqsirkar şəxslərin dairəsi və onların məsuliyyət dərəcəsi aydınlaşacaq".

S.Vəkilov istintaqın gedişində üzə çıxan ziddiyyətli məqamların aradan qaldırılmasına və günahkarların ciddi şəkildə cəzalandırılmasına çalışdıqlarını vurğulayıb.

Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının nəfəs çatışmazlığından öldüyü məlum olub.

Baş verən həkim terroru ilə bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb və araşdırma aparılıb. Lakin bu istintaq hərəkətləri zərərçəkmiş tərəfi qane etmədiyindən onlar işin obyektiv araşdırılması üçün Baş Prokurorluğa müraciət edib. Bundan sonra çinayət işi araşdırılmaq üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.

Tarix
2014.06.23 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

Elgiz və Tolikin verilişi bağlandı - İddia

Xameneinin ölüm xəbəri: İranın məqsədi nədir?

Kremlin Bakıya təsir imkanı artıq yoxdur - Avaqyan

Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla