Yuxarı

Səhiyyədə 3 istiqamətdə inkişafa ehtiyac var – Millət vəkili

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva Azərbaycan Tibb Universitetində (ATU) Tələbələr və Gənc Həkimlərin IV Beynəlxalq Tibb Konqresində çıxış edib, bir sıra vacib məqamlarla bağlı çağırış edib.

Axar.az xəbər verir ki, millət vəkili ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, əldə edilmiş uğurlar və həllini gözləyən problemlərə toxunub və bildirib ki, indi 3 ciddi istiqmətdə işlərin daha da surətlənməsinə böyük ehtiyac var: savadlı həkimlərimizin daha da artmasına, tibb profilaktikanın və əhalinin tibbi maarifləndirməsinin güclənməsinə və erkən diaqnostikaya.

”Biz az əvvəl foyedə gənclərin tədqiqatları ilə tanış olduq. Mən çox sevindim. Bu cür gənclərimizin sayının daha da artmasına ehtiyac var. Onlar tədqiqatlarının tətbiq dairəsindən də danışdılar və bu çox vacib məsələdir. Bizim dövrümüzdə Tibb Universitetində bu günkü imkanların əksəriyyəti yox idi, amma siz indi bu imkanlara sahibsiniz və bunu dəyərləndirərək daha da yaxşı oxumalısınız ki, əsl peşəkar olaraq millətin sağlamlığının yüksək səviyyədə keşiyində dura biləsiniz”, - millət vəkili vurğualyıb.

Q.Paşayeva bu cür beynəlxalq elmi tədbirlərin keçirilməsinin böyük əhəmiyyətindən də xüsusi danışaraq təşkilatçıları təbrik edib, konqresin işinə uğurlar diləyib.

Tarix
2017.11.05 / 13:55
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla