Yuxarı

İnfarktdan ölümlər niyə cavanlaşıb? - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ürəyin qəfləti dayanmasına praktik sağlam adamlarda da rast gəlinir.

Axar.az xəbər veirr ki, bu sözləri həkim Vaqif Qarayev dünən axşam saatlarında infarkt keçirərək qəfil həyatını itirən tanınmış jurnalist Natiq Qədimovun ölüm səbəbi ilə bağlı danışarkən deyib.

Həkimin sözlərinə görə, ürəyin qəfləti dayanması artıb cavanlaşıb. Ona görə də diqqətli olmaq lazımdır:

“Gənc jurnalist dünyasını dəyişib. Allah rəhmət eləsin! Qəfil gələn ölümlər artıb. Ürəyin qəfləti dayanmasına praktik sağlam adamlarda da rast gəlinir. Amma çox vaxt belə olmur. Sağlam həyat tərzi keçirməyənlər ildə heç olmasa iki dəfə sadə müayinələrdən - EKQ, qanda bəzi parametrlərin təyini və s. keçməlidilər.

Əgər ürəyin işemik xəstəliyi (ÜİX) aşkar olunarsa, belə adamlar "risk qrupuna" aid edilir. Mütəmadi həkim nəzarətində olmalıdılar ki, ürək qəfil dayanmasın”.

Həkim bildirib ki, içki içən insanlar buna xüsusilə fikir verməlidir:

“Tez-tez içki məclislərindən şəkillər paylaşanlar var. Gənclər əylənməlidi, buna söz yox. Amma ürəyinizi zorlamayın. Zorakılıq olanda ürək mütləq xəyanət edir!”

Qeyd edək ki, tanınmış jurnalist Natiq Qədimov dünən axşam saatlarında qəfildən dünyasını dəyişib. Jurnalist infarktdan vəfat edib.

Tarix
2017.11.24 / 00:31
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla