Yuxarı

24 nəfərə telesəhiyyə vasitəsilə məsləhət verildi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il ilə müqayisədə yol-nəqliyyat və fövqəladə hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olub. Regionlarda aparılmış cərrahiyyə əməliyyatlarının sayı ötən il ilə müqayisədə 4 dəfə artıb. Analoji göstərici 2016-cı ildə 9, 2017-ci ildə isə 36 təşkil edib.

Axar.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov ilin yekunları ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, 2017-ci il ərzində Stansiya 2590 nəfərə xidmət göstərib. Məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasientə tibbi yardım edilib və onlardan 70 faizi hospitalizasiya olunub:

“2017-ci il ərzində Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına kritik vəziyyətdə olan 92 hamilə və zahıya dair 183 dəfə çağırış edilib. Onlardan 32-si Bakıya və digər rayonlara köçürülüb, 24 nəfərə isə telesəhiyyə vasitəsilə məsləhət verilib. Bundan başqa, ötən il ölkəmizdə ilk dəfə təcili və təxirəsalınmaz tibbi xidmətdə telesəhiyyə texnologiyalarının tətbiqi ilə məsafədən videobağlantı vasitəsilə konsultasiyalar həyata keçirilib”.

Tarix
2018.01.16 / 17:32
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla