Yuxarı

Yəhudi həkimin dedikləri panika yaratdı – Qarayev

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər israilli həkimin verdiyi açıqlama panika yaradıb desəm, səhv eləmərəm. Mənə yazan, zəng vuran, həyəcanlanan valideynlər kifayət qədərdir. Təşvişin səbəbini antivaksinasiya kampaniyasında “yəhudi faktoru” ilə izah edə bilərəm.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev yəhudi həkim Lev Levitin “uşaqlarınıza peyvənd elətdirməyin” çağırışına cavab olaraq qeyd edib. O bildirib ki, vaksinasiya dünyada ölüm hallarının azalmasına səbəb olur:

“Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2000-2015-ci illərdə dünyada qızılcadan ölüm 79 faiz azalıb. Qızılcadan ölüm hallarının azalması vaksinasiyanın sayəsində olub. Təkcə 2015-ci ildə 134 min 200 ölüm hadisəsi qeydə alınıb. Ukraynada 2017-ci ilin 10 ayı ərzində 3382 xəstələnmə halı müşahidə olunub ki, bunun da səbəbi orada müxtəlif səbəblərdən uşaqların peyvənd olunmamasıdır. Difteriyaya qarşı peyvəndə qədərki dövrdə dünyada hər il 1 milyon insan difteriya ilə xəstələnib və onlardan 60 mini ölüb. SSRİ-nin dağılmasından sonra 1990-1997-ci illərdə MDB məkanında 157 min insan difteriyadan vəfat edib. Çünki mürəkkəb dövr idi və vaksinasiya aparılmırdı. Həmçinin 1993-94-cü ildə Azərbaycanda da difteriya tüğyan edirdi”.

Qeyd edək ki, İsrailin Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri, həkim Lev Levit mətbuata müsahibəsində yaş yarımına qədər uşağa 30-a yaxın peyvənd vurulduğunu və bunun nəticəsində uşaqda öskürək, qızdırma, qıcolma ilə müşayiət olunan durumun bir sıra patologiyalara yol açdığını bildirib. O həmçinin qeyd edib ki, əgər uşaq müəyyən qan xəstəliyindən əziyyət çəkmirsə və ya tez-tez müxtəlif cərrahiyə əməliyyatları keçirmirsə, ona Hepatit B-yə qarşı olan vaksin vurdurmağa da ehtiyac yoxdur.

Yəhudi həkimin bu müsahibəsi valideynlər arasında geniş müzakirəyə səbəb olub. Azərbaycanlı həkimlər isə peyvəndin uşaqların sağlamlığı üçün önəmli faktor olması fikrini irəli sürüblər.

Tarix
2018.03.16 / 20:47
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla