Yuxarı

Həkim öz həmkarını əməliyyatda öldürüb? - Ekspert

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu cür əməliyyatlarda venalar proses boyu iflic durumunda olur, venaların hərəkəti bir növ dayanır. Ayaqda hərəkət olmadığı üçün qan durğunluğu yaranır və bu da tromblaşmaya meyilliliyi artırır. Ancaq əməliyyatdan sonra xırda molekulyar separinlərin vurulması, ayağa müxtəlif masajedici aparatların qoşulması, erkən xəstənin aktivləşdirilməsi tromblaşma ehtimalını azalda bilərdi.

Bu sözləri Axar.az-a tibb eksperti Adil Qeybulla Bakı şəhəri 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlının “MediStyle Hospital"da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirdikdən 4 gün sonra dünyasını dəyişmə səbəbindən danışarkən deyib.

A.Qeybulla qeyd edib ki, bu cür əməliyyatlarda troblaşma ehtimalı yüksəkdir. Hətta onun qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülsə belə, tromblaşma ehtimalı həmişə var:

“Venalar əməliyyat boyu iflic durumunda olur. Çünki əməliyyat zamanı vurulan relaksatlar əzələləri iflic edir və demək olar ki, venaların hərəkəti bir növ dayanır. Ayaq hərəkətsiz qaldığı üçün qan durğunluğu yaranır. Bütün bunlar hamısı tromblaşmaya meyilliliyi artırır. Əgər əməliyyat olunan insanın yaşı çoxdursa, bu, tromblaşma ehtimalını daha da artırır. Qan-damar sistemində problemi, şəkərli diabet xəstəliyi olan insanlarda bu ehtimallar daha yüksəkdir. Ancaq əməliyyat edilməsi həmişə mümkündür. Sadəcə əməliyyat sonrası xırda molekulyar separinlər vurulmalı, ayağa müxtəlif masajedici aparatlar qoşulmalıdır. Bütün bunlar tromblaşmanın qarşısını alır. Görülən tədbirlər nəticə verməyə bilər. Ancaq təbii ki, biz bütün bu tədbirlərin görülüb-görülmədiyini bilmədiyimiz üçün bir söz deyə bilmərik”.

A.Qeybulla bildirib ki, tromb ağciyər arteriyasında olur. Çünki venoz tromblar yalnız ağ ciyər arteriyasında tromblaşma yarada bilər, onlar beyinə gedə bilməz:

“Yalnız arterial sol mədəcikdə yaranan tromblar beyinə gedə bilər. O da revmatizmdə, ürəkdə endokarbitlərdə, sol mədəcikdə əmələ gələn tromblar yarada bilər. Hər halda patoloji-anatomik diaqnoz olmalıdır. Yalnız bundan sonra demək olar ki, burada nə baş verib”.

A.Qeybullanın sözlərinə görə, əgər həkim xəstənin yaşına uyğun lazımi tədbirləri görübsə, o zaman burada ölümün həkim qüsuru üzündən baş verməsindən söhbət gedə bilməz:

“Bütün bunlar araşdırılır, əlbəttə. Əməliyyat olunan xəstə ilə bağlı müəyyən protokollar var. Xəstənin yaşı, çəkisi, başqa xəstəliklərinin olması və s. faktorları nəzərə alaraq, tromblaşmaya qarşı müxtəlif tədbirlər görülür. Sözügedən tədbirlərin hamısı görülübsə, amma xəstə vəfat edibsə, bu artıq tale məsələsidir”.

Qeyd edək ki, Bakı şəhəri 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də “MediStyle Hospital"da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. 63 yaşlı Ə.Bayramlı əməliyyatdan 4 gün sonra komaya düşüb və yerləşdirildiyi Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında dünyasını dəyişib.

Əməliyyatı həyata keçirən həkim Ayaz Hümbətov və 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının məlumatına görə, Ə.Bayramlıya beyin ocağında işemik insult diaqnozu qoyulub. Beyində tromblaşma müşahidə edilib.

Tarix
2018.04.18 / 12:24
Müəllif
Nigar, Billurə
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla