Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2019


“Kapital Bank”ın dəstəyi ilə “Yaşa” təqaüdçülər mərkəzi açıldı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank”ın dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə “Yaşa” təqaüdçülər mərkəzinin açılış mərasimi keçirildi. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, B.Bünyadov küç.,12) fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, “Yaşa” mərkəzinin əsas məqsədi təqaüd yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.

“Belə bir mərkəzi açmaqla təqaüd yaşına çatmış, yaradıcı və özünü inkişaf etdirməkdə maraqlı olan şəxsləri bir araya toplayaraq, onların asudə vaxtlarının maraqlı təşkil etmək, cəmiyyət üçün gərəkli olduqları hiss etdirməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar vardır, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir. Layihənin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və “Üçüncü Bahar” təşəbbüs qrupuna təşəkkürümüzü bildiririk”, - deyə, “Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, mərkəzin hazırda 300-dən artıq aktiv üzvü vardır. Hər dəfə müxtəlif mövzularda keçirilən təlimlərdə 40-50 nəfər iştirak edir. “Kapital Bank” ötən il, ahıllar günü ərəfəsində mərkəzin üzvləri üçün respublika üzrə maliyyə savadlığı mövzusunda təlim təşkil edib. Gələcəkdə belə tədbirlərin daha intensiv keçirilməsi planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2018.06.13 / 10:17
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Güclü ürəyə sahib olmağın ən asan yolu...

İki azərbaycanlı donuz qripinə yoluxdu

Azərbaycanlı həkim "cavanlıq içkisi" hazırladı - Resept

Nazirlik çağırış etdi: Təxribata uymayın…

Nazir tapşırıq verdi, xəstəxanalar hazır vəziyyətə gətirildi

Bu məhsulların ölkəyə idxalı qadağan edildi – Xəstəlik

Xərçəngin 7 düşməni - Hər mətbəxdə var

Ermənistanda daha bir nəfər “donuz qripi”ndən öldü

Nə üçün suyu təkrar qaynatmaq olmaz?

Dəhşətli xəstəliyin müalicəsi tapıldı - Yeni vaksin

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla