Yuxarı

Nazir müavini ana ölümlərindən danışdı – Rəsmi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavini ana ölümlərindən danışdı – Rəsmi

"Ana ölümü ictimaiyyət nümayəndələri ilə yanaşı, Səhiyyə Nazirliyini də narahat edir".

Axar.az xəbər verir ki, bunu sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən 20-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisində iştirak edən Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə müsahibəsində deyib.

Azərbaycanda ana ölümlərinin sayının ildən-ilə azaldığını diqqətə çatdıran nazir müavini bildirib ki, on il əvvəl il ərzində 34 ana ölümü qeydə alınırdı.

Ötən il isə bu rəqəm 25-ə düşüb. Bu ilin 9 ayı ərzində isə 18 ana doğuş zamanı ölüb. Bütün ana ölümləri Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Günahı olanlar cəzalandırılır. "Ana ölümü olmayan ölkə yoxdur. Lakin ana ölümünün azalmasına çalışmalıyıq", - deyə o bildirib.

O, həmçinin gənc analara öz sağlamlıqlarına diqqətlə yanaşmağı, tibb müəssisələrinə vaxtında getmələrini tövsiyə edib. Bildirib ki, Azərbaycan təbii artıma görə Avropa ölkələri arasında birinci yeri tutur. Ölkədə doğuşların sayı ildən-ilə artır. Təkcə ötən il ölkəmizdə 170 mindən artıq uşaq doğulub.

Tarix
2014.09.25 / 15:25
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla